Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1864
03.04.2025, 18:57
Xəbər verildiyi kimi, Tovuzda orta məktəb şagirdi, 13 yaşlı A.Süleymanova ötən gün axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb.
Oxu24.com Bizim.Media-ya istinadən xəbər verir ki, Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbindən bildirilib ki, dəfələrlə məktəb psixoloqu şagirdlə iş aparıb:
“İtkin düşən qız 7 A sinfinin şagirdidir. Dünən sonuncu dərsdən sonra gedib. Davamiyyəti hər zaman yaxşı olub, amma oxumağı zəif idi. Bir qədər sözə qulaq asan deyil. Məktəb psixoloqu məşğul olurdu onunla. Yeniyetmənin valideynləri boşanandan sonra davranışlarında problem hiss olunurdu. Məktəbli ata babası, nənəsi və əmisi ilə qalırdı. İnşallah sağ-salamat tapılar”.
Azyaşlının atası Elçin Süleymanov isə bildirib ki, uşağın hara getməsi ilə bağlı heç bir ehtimalı yoxdur:
“Hara gedə bilər, heç bilmirəm. Heç bir məlumatımız, ehtimalımız yoxdur. Bir az əsəbi uşaqdır. Hətta onu psixoloq yanına da qoymuşduq. Qızım nənəsi-babası ilə yaşayır. Axırıncı dəfə Qəbələyə ekskursiyaya getmək üçün icazə istədi. Bundan əvvəl iki dəfə gəzintiyə getməsinə icazə vermişdik. Bu dəfə icazə vermədik. Dedik, qız uşağıdır, yol da uzaqdır. Yeganə ehtimal edirik ki, icazə vermədiyimiz üçün əsəbləşib çıxıb gedib.
Dərsdən çıxanda anamla atam məktəbin qabağında olub. Amma maşına minməyib, deyib özüm yavaş-yavaş gəlirəm. Elə ordan da çıxıb gedib. Nə rəfiqələri, nə yoldaşları hara getdiyini bilir. Bütün qohum-əqraba, tanışlar, polis axtarır. Hazırda kameradan hara getdiyinə baxırıq. Kamera göstərir ki, axşam saat 9-da Əlimərdanlı yolunda görünüb. Ümid edirəm izinə düşüb tapa bilərik”.
Həmçinin oxuyun
Qeyd edək ki, DİN Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.