Keçid balı ən az olan ixtisaslar - siyahı
29 Aprel 2025, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86"Azərbaycanın ƏNləri" — Flora Kərimovanı niyə sevməliyik?
CƏMİYYƏT
1417
08.04.2025, 19:19
Azərbaycan istedadlı insanlarla,səslərlə zəngin ölkədir.
Oxu24.com "Azərbaycanın ƏNləri" rubrikasına start verir. Bu rubrikanın yaradılmasında məqsəd Azərbaycan Dövlətinə,Xalqına xidmət etmiş və edən şəxslərin şəxsiyyəti,şəxsi həyatı və onu "ƏN"lər siyahısına salan səbəbləri açıqlamaqdır.
Rubrikamızın bu dəfəki siması böyük sənətkar,Azərbaycan estradasının sütunu sayılan,canlı əfsanə Flora Kərimovadır.
Flora Kərimovanın "ƏN"-i : Flora Kərimova dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Flora Kərimova nəinki 4-cü oktavada vokaliz etməklə yanaşı , hətta bu yüksək notlarda oxuya da bilir. Onun səsi 4 oktavanı bütövlükdə əhatə edir (Kontraalt, Mezzo-soprano, Soprano, Koloratur soprano) və bundan əlavə o, həmçinin, muğam ifa edir. ən çox sayda əsərlər Flora Kərimovanın adı ilə bağlıdır.
Kimdir Flora Kərimova?
Kərimova Flora Ələkbər qızı 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Anası Zümrüd xanım şuşalı, atası Ələkbər bəy isə qəbələlidir.
Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib.
1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirib.1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirmiş, həkim ixtisasına yiyələnib. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirib.
Flora Kərimova üç dəfə ailə qurub. İlk evliliyi İbrahim Topçubaşovla olub (bu evliliyiyindən övladı olmayıb). Oqtay adlı oğlu və Zümrüd adlı bir qızı var.
Flora Kərimova nə oxudu ki, tarixə düşdü?
Bu suala Flora Kərimova nə oxumadı ki,tarixə də düşməsin cavabını vermək olar.Həqiqətən də bu belədir.Məşhur "Qayınana" filmində aktrisanın eyvanda oxuduğu həmin ifanın Flora Kərimova tərəfindən edildiyini bilirdinizmi? Bu Azərbaycan musiqi tarixində qadın ifaçıların ən yüksək səslə ifa etdiyi sənət əsərləri kimi "Qızıl Fond"-da qorunur. "Sevil" operasından olan "Dilbərin ariyası" texniki cəhətdən ifası xüsusi qabiliyyət və səs tələb edən əsərdir. Mahnının xüsusilə yüksək notlarda yazılması məhz Flora Kərimova üçün nəzərdə tutulmasına işarə edir. Sözləri Cəfər Cabbarlıya,musiqisi Fikrət Əmirova məxsus əsəri xanım Kərimova 1984cü ildə "Qayınana" filmində oxumaqla tarixə düşüb.
Məhz bu bacarığına görə Flora Kərimova Azərbaycan Estrada janrının üç banisindən biri kimi tarixə düşür.(Rəşid Behbudov və Mirzə Babayevlə birlikdə)
Xanım sənətkar 1965-ci ildə "Leyli və Məcnun" operasında Leyli obrazı ilə tarixi möhürünü vurub.
F.Kərimova ilk bəstəni şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovadan oxuyub. Şəfiqə Axundovanın Cəfər Cabbarlının "Aydın" əsərinə (1965-ci il premyerası) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün yazdığı mahnın ifaçısı da Flora Kərimova olub.
1972-ci ildə Şəfiqə Axundova yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə muğam-opera janrında Gəlin qayası operasını yazmaqla şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşdü. Adı gedən operanın ilk radio-tamaşası qoyulduqda ilk ifaçısı Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. Opera səhnəsində qoyulduğu (premyerası 1974-cü il) zaman isə Flora Kərimovaya icazə verilmir.
Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin təsis etdiyi "Xoruz Baba" radio-verilişi Flora xanımın səsi ilə başlayırdı.
Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib.
Azərbaycan sənətkarlarından ilk dəfə olaraq Flora Kərimova 1993–1994-cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edib.
Xanım sənətkarın ifa etdiyi əsərlərin sayı-hesabı yoxdur... "Bilməzdim","Bu qatarın dalınca baxma", "Bir Axşam Taksidən", və sonsuz siyahı...
Siyasətçi müğənni...
Flora Kərimova 1988-ci ildə Topxana meşəsinin qırılmasının ardınca Bakıda Azadlıq Meydanında etirazını bildirənlərdən olub. Daha sonra Flora Kərimova 1989–1992-ci il Azərbaycan Azadlıq Meydan Hərakatının fəallarından birinə çevrildi.
Flora Kərimova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Rus Sovet Ordusunun hücumları ərəfəsində küçələrə çıxaraq öz etirazını qorxmaz şəkildə ifadə edib. Flora Kərimova da bu etirazda iştirak edib. Flora Kərimova Əbülfəz Elçibəyin ölümündən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının klassiklər qanadına üzv olmuş, daha sonra isə Müsavat Partiyasına keçib.
2000-ci il parlament seçkilərində Flora Kərimova Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 8-ci sırada olub. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Flora Kərimova deputat seçilə bilməmişdir.
O, 2005-ci il parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Azadlıq Blokunun deputatlığa vahid namizədi olub. Müğənni deputat seçilməmiş, lakin seçkidə qələbəsinin oğurlandığını iddia etmişdir. Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən xalq artisti Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmuşdur. 2006-cı ilin yayında Flora xanım səhhətində yaranan problemlərlə bağlı siyasətdən getməsi ilə bağlı rəsmi açıqlama yaymışdır.
2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi xalq artisti Flora Kərimovanın şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb.
Həmçinin oxuyun
Kərimova 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlayıb. O, qeyd etmişdir ki, Əliyevin "yanında dura biləcək alternativ yoxdur".
"Mən o adamı seçirəm ki, vətənimi azad edib, millətimə hörmət edir. Mən o adama səs verirəm ki, ürəyi Azərbaycanla döyünür. İlham Əliyev məhz belə bir adamdır. Ona alternativ yoxdur. Min şükür Allaha ki, yüz illərlə əziyyət çəkən millətimə qələbə nəsib etdi. Seçkilərdə mən İlham Əliyevə səs verəcəm. Axı, onun alternativi yoxdur. O, el oğludur, millət oğludur. Müxalifət özünü öldürməsin, özünə əziyyət verməsin. İlham Əliyevin yanında dura biləcək alternativ yoxdur. "Kimə səs verəcəksiniz" sualına təmiz azərbaycanlıların hamısının cavabı "İlham Əliyev" olacaq".
Xanım sənətkar “daha müxalifətə gərək yoxdur” deməklə müzakirələrə səbəb olub.
- Flora xanım, bircə dəfə “daha müxalifətə gərək yoxdur” deməklə müxalifət sizə qarşı cəbhə açdı, sizi sildi, düşmən siyahısına saldı. Onların sırasında keçirdiyiniz illərə heyifiniz gəldi? sualına sənətkar belə cavab verib:
- Heç bir dediyim sözə, yaşadığım ana heyifsilənmirəm. Çünki həmin anda o vəziyyəti elə görüb vətəndaş mövqeyimi dilə gətirmişəm, inandığımı danışmışam.
Bilirsiniz, insan vicdanını alçaldanda özü alçalır, çürüyür. Mən “qurşaqdan aşağı vicdan” məvhumunu dərk edirəm, amma baş əymirəm. Belə adamların nə vətəninə, nə onun şəhidinə, nə sağlam övladına, nə dininə, nə bu gününə, nə də sabahına hörməti var. Belələrini ancaq özünün maraqları düşündürür.
Mən İlham Əliyevə aslan ürəkli insan deyirəm. İllərlə düşünüb, bu gün üçün zəmin yaradıb, illərlə çəkilən zəhmətin bəhrəsini mən bu gün gördüm. Mən bu adamın qarşısında baş əyməyə bilmərəm. İstəyir kütlə düşüncəsiylə müxalifət cəbhəsindəkilər məni çarmıxa çəksinlər, istəyir mənə “satılmış” desinlər. Mən Vətənimin, torpağımın bütövlüyünü istəyirdim, onu da gördüm. Mənim 80 yaşım var, nə üçün satılım?
Satılmadım, satılmadım 80 yaşında satıldım? Nə üçün? Məzar üçün ya Fəxri xiyabandakı yer üçün?
Flora Kərimovanın saysız-hesabsız titulları...
1955-ci il Azərbaycanının gəncər festivalın qalibi
1957-ci il Ali Sovetin fərmani ilə mükafat
1989-cu il 17 May Azərbaycan SSR əməkdar artisti
1990-cı il "Odlar yurdu" Baki-90 Azərbaycan populyar musiqi festivalı larureatı
1992-ci il noyabr 17-si Azərbaycan Respublikasının xalq artisti
1994-cü il ABŞ-nin Sülh və Demokratiya İnstitutu tərəfindən İnsan hüquqları Müdafiəsi Departamentinin "Ən mübariz müğənni" və "İnsan haqlarının müdafiəçisi" baş mükafatını alıb.
1995-ci il sentyabr 29-da Flora Kərimovaya "Dərviş Marafonu" Xocalı şəhərinin Fəxri Vətəndaşı adı verilib.
1996-cı il Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfı-nin fəxri üzvü
2004-cü il Ümum Dünya Sülh Fedorasiyasinin üzvü
2010 sentyabr 9 "HOLLYWOOD SMILE IN BAKU-2010"
2015 Dekabrın 25 Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı Borçalı Cəmiyyətinin təşkil etdiyi "Türklüyə Xidmət Mükafatı"
2018 Dekabrın 26 Azərbaycan Cümhuriyyətinin 100 illiyinə və Dünya azərbaycanlılarının həmrəyliyi günüə həsr edilmiş "Şəms Milli Mükafatı"
2018 Oktyabrın 18-də "Şərəfli Ömür" mükafatı
2019 Martın 4-də Flora Kərimovaya "Golden People Awards" milli mükafatı
2019-cu il 9 Dekabr Beynalxalq Humanistika İnstitutu İB-nin Sülh Səfiri
2021-ci il 5 iyul "Xarıbülbül" mükafatı
2021-ci il 31 iyul "Şərəf" ordeni
2021-ci il 31 iyul Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
2021-ci il 1 dekabr " Simruq 2021" mükafatı
Və Flora Kərimovanın ən böyük mükafatı Xalqın sevgisi
Hazırladı: Miri Məcidli
23:59 / 29 Aprel 2025
Keçid balı ən az olan ixtisaslar - siyahı
1
23:32 / 29 Aprel 2025
Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin videosu
26
22:52 / 29 Aprel 2025
Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndəki evlərin inşası yekunlaşdı - Fotolar
26
22:44 / 29 Aprel 2025
Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər - FOTO
47
22:08 / 29 Aprel 2025
Ticarət artır, sərhəd genişlənir: İran-Azərbaycan əlaqələrində yeni iqtisadi müddət
26
21:52 / 29 Aprel 2025
14 hərbçimiz belə şəhid olubmuş — Vardanyanın məhkəməsində nələr üzə çıxdı?
272
21:12 / 29 Aprel 2025
May ayında təhlükəli günlər bu tarixdə -xəbərdarlıq
135
21:02 / 29 Aprel 2025
Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb
56
21:01 / 29 Aprel 2025
Netanyahunun korteji qəzaya düşdü - FOTO
132
20:47 / 29 Aprel 2025
Çox şikayət edilən avtomobil markaları
113
20:39 / 29 Aprel 2025
Sabah bu ərazilərdə qaz olmayacaq
68
20:37 / 29 Aprel 2025
Rusiya ABŞ ilə “münasibətləri inkişaf etdirəcək”
43
20:32 / 29 Aprel 2025
Bayağı ifaçılara efirlərə qadağa qoyulub
2597
20:26 / 29 Aprel 2025
NATO-nun silahları Rusiyanın əlinə keçdi
50
20:22 / 29 Aprel 2025
Tramp Avstraliyanın ABŞ Abrams tanklarını Ukraynaya təhvil verməsini əngəlləyib
56
20:14 / 29 Aprel 2025
İstanbul zəlzələsindən sonra dağılan binaların sayı artıb
48
20:01 / 29 Aprel 2025
ABŞ Rusiya və Ukraynanı tələsməyə çağırır
49
19:46 / 29 Aprel 2025
Xocalı haqqında inşa yazmaqdan imtina etmişdi — Bu gün doğum günü olan şəhidimiz haqda faktlar
538
19:35 / 29 Aprel 2025
Nəfəs özünü ən böyük fanat kütləsi olan müğənni adlandırdı — VİDEO
204
19:31 / 29 Aprel 2025
İsrail HƏMAS-ı rədd edir və qoşun toplayır
51
19:29 / 29 Aprel 2025
"Tarqovıy"da restoran yanır
139
19:27 / 29 Aprel 2025
Lukaşenko Putini hamı ilə bölüşməyə hazırdır
56
19:17 / 29 Aprel 2025
Çində restoranda yanğın - 22 ölü, 3 yaralı
56
19:09 / 29 Aprel 2025
Aygün Əzizova canına qəsd etdi
454
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.