Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
449
10.04.2025, 20:18
Çoxuşaqlı ailə məsələsi tez-tez Milli Məclis, hökumət və cəmiyyət tərəfindən müzakirə mövzusu olur".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında "Əmək pensiyaları haqqında" Qanunun müzakirəsi zamanı bildirib.
"Ümumiyyətlə, baxmaq lazımdır ki, dünya ölkələrində çoxuşaqlı ailə anlayışı necədir, neçə uşaqdan ibarətdir? Hesab edirəm ki, biz bütövlükdə demoqrafik inkişaf haqqında dövlət proqramının qəbul olunması barədə düşünməliyik. Bütün dünyada bu proseslər gedir. Ona görə də insanların təbii artımı aşağı düşüb. 10-12 il əvvəl bizdə 150-160 min uşaq doğulurdusa, indi onların sayı 100-110 mindir. Ona görə də çoxuşaqlı ailə anlayışında sayı azaltmaq barədə düşünmək olar. Onda biz spesifik yanaşmanı da tətbiq edə bilərik", - deyə komitə sədri bildirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, doğulanların sayı azalır, ailə qurmaq yaşı isə artır. Əgər bu belə davam edərsə, əhali sayı azala bilər.
Həmçinin oxuyun
Sosioloqlar bu azalmanın ciddi siqnal olduğunu bildiriblər.
Sosioloq Mail Yaqub bildirib ki, bizim ölkənin əhali sayı azdır. Son 5 il ərzində Azərbaycanda təbii artım nəzərə çarpacaq dərəcədə dəyişib. 2020-ci ildə ölkədə 126571, 2024-cü ildə isə 102310 uşaq dünyaya gəlib. Sadə dildə desək, son 5 ildə doğulanların sayı 24 min azalıb.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.