"Azercell"dən növbəti bahalaşma qərarı — Yanvarın 13-dən...
13 Dekabr 2025, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1267
11.04.2025, 15:34
Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
“Bolt” şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.
Oxu24.com xəbər verir ki, "Savashmedia.az"ın əməkdaşı sözügedən avtomobilin sürücüsü Anar Nəcəfovun oğlu Elvir Nəcəfovla əlaqə yaradıb:
“Atamın durumu çox ağırdır. Qəzadan sonra o, Sabunçu xəstəxanasına yerləşdirilib. Hazırda başımız qarışıq olduğundan baş verənlərlə bağlı ətraflı məlumat verə bilməmişik. Amma bir şeyi deyim ki, atamla bağlı mətbuatda yayılan informasiyaların əksəriyyəti yalandır. “Bolt” şirkəti açıqlama yayıb ki, guya atamın idarə etdiyi avtomobilin buraxılış kartı 8 Aprel tarixində ləğv olunub. Bu, tamamilə yalandır. Eyni zamanda atamın avtomobili başqa şəxsin adından qeydiyyatdan keçirərək idarə etməsi ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir. “Bolt” şirkətini məhkəməyə verməyə hazırlaşırıq”.
Elvir Nəcəfov atasının ayağına elektron qolbağın hansı səbəbdən taxıldığına da aydınlıq gətirib:
“Atamın dələduzluq ittihamı ilə məsuliyyətə cəlb olunması barədə xəbərlər də yalandır. Onun banka borcu olub, qaytara bilmədiyinə görə, barəsində tədbir görülüb. Ayağına elektron qolbağın taxılması da bununla bağlıdır”.
Həmçinin oxuyun
Qəzanın hansı səbəbdən baş verdiyinə gəlincə isə Elvir Nəcəfov bunu atasının sağlamlıq problemi ilə əlaqələndirib:
“Atamın səhhətində ciddi problemlər var. Onun tez-tez sudurqası tuturdu, qəza anında da bu baş verib. Buna görə də idarəetməni itirib və məlum qəza baş verib”.
13:07 / 13 Dekabr 2025
1
12:58 / 13 Dekabr 2025
21
12:16 / 13 Dekabr 2025
423
12:08 / 13 Dekabr 2025
46
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
717
11:07 / 13 Dekabr 2025
331
10:25 / 13 Dekabr 2025
938
09:15 / 13 Dekabr 2025
824
09:06 / 13 Dekabr 2025
370
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
146
00:28 / 13 Dekabr 2025
142
00:14 / 13 Dekabr 2025
1084
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
114
22:41 / 12 Dekabr 2025
14627
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3106
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1163
19:20 / 12 Dekabr 2025
2275
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.