Qaynar xətt:

(+99450) 247 90 86

Mirşahinin qardaşı  həbs  edildi

Mirşahinin qardaşı  həbs  edildi

CƏMİYYƏT

1932

17.04.2025, 14:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Real TV-nin direktoru Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev həbs edilib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə “Haqqın.az” məlumat yayıb.

 

Məlumata görə, o, dələduzluqda ittiham olunur.

 

Yaxınlarının verdiyi məlumata görə, M.Ağayev mart ayında atasının yas mərasimi zamanı saxlanılıb:

 

“Məhkəmə davam edirdi, lakin o, azadlqıda idi”.

 

M.Ağayev həkim olduğu üçün əvvəllər əlillik pensiyası alan, lakin sonradan imtina cavabı verilən şəxslərə müəyyən ödəniş müqabilində əlilliyi bərpa edəcəyinə söz verib:

 

“O, hətta kömək edəcəyinə söz verərək, qohumundan pul alıb, lakin aldığı pulu öz müalicəsinə xərcləyib”.

 

Ağayev Kürdəxanıda, Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsində saxlanılır. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.