Yüksək vəzifəyə təyinat OLDU
16 Dekabr 2025, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
494
23.04.2025, 18:55
Ötən gün şəhid Nicat Salahovun anası, II dərəcə əlilliyi olan Aygün Salahova səhəttində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilməsi və düşdüyü çətin durumla bağlı aidiyyatı qurumlardan kömək istəməsi barədə məlumat vermişdik.
Qeyd olunan məsələ ilə bağlı Oxu24.com saytının sorğusuna Sosial Xidmətlər Agentliyi rəsmi cavab verib.
"Şəhidimiz, 1 saylı internat məktəbinin məzunu olan Nicat Salahov Abşeron rayonunda yerləşən valideyn himayəsindən məhrum olmuş məzunlar üçün tikilmiş “Məzun evi”ndə bir neçə il öncə mənzillə təmin edilib.
Vətən müharibəsində iştirak edən Nicat şəhidlik zirvəsinə ucaldıqdan sonra ona verilmiş mənzildə yaşamağa davam edən anası, II dərəcə əlilliyi olan Aygün Salahova daima Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanıb, mütəmadi olaraq qayğı ilə əhatə olunub.
Aygün Salahovaya şəhid ailəsi üzvü kimi Prezidentin aylıq təqaüdü (600 manat), II dərəcə əlilliyə görə sosial müavinət (220 manat) təyin edilib. Həmçinin sığorta ödənişi (11000 manat) və “YAŞAT” Fondu tərəfindən maddi yardım (2500 manat) edilib.
Şəhidimizin anası 2021-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanıb. Onun mənzillə təminatı məsələsinə qanunvericiliyə uyğun olaraq növbəliliklə baxılacaq",-deyə açıqlamada qeyd olunub.
Həmçinin oxuyun
Miri Məcidli
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.