Zəlzələ BAŞ VERDİ
13 Dekabr 2025, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
207
24.04.2025, 09:10
Azərbaycanın istilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə, həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.
Oxu24.com Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, istilik təchizatı sektorunda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri "Tənzimlənən qiymətlər haqqında" Qanuna uyğun olaraq tənzimlənəcək.
Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək. Tənzimləyici bu qiymətləri monitorinq edəcək.
Təbii inhisar subyektləri tərəfindən təqdim edilən tarifləri tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunacaq.
Həmçinin oxuyun
İstilik təchizatı sektorunda qiymətlərin müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu qanunda nəzərdə tutulan qaydaya uyğun olaraq hesablanacaq (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).
İstilik enerjisinin istehsalçıları, paylayıcıları və satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Bu tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilə razılaşdırmaqla müvafiq orqan tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun hesabına köçürüləcək.
2028-ci il iyulun 1-dək istilik təchizatı sektorunda qiymətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tənzimlənəcək.
21:58 / 13 Dekabr 2025
1
21:34 / 13 Dekabr 2025
167
21:21 / 13 Dekabr 2025
34
21:19 / 13 Dekabr 2025
37
21:15 / 13 Dekabr 2025
36
21:02 / 13 Dekabr 2025
39
20:49 / 13 Dekabr 2025
216
20:44 / 13 Dekabr 2025
50
20:36 / 13 Dekabr 2025
50
20:26 / 13 Dekabr 2025
58
20:01 / 13 Dekabr 2025
218
19:53 / 13 Dekabr 2025
68
19:21 / 13 Dekabr 2025
329
19:16 / 13 Dekabr 2025
100
18:32 / 13 Dekabr 2025
951
18:12 / 13 Dekabr 2025
159
18:02 / 13 Dekabr 2025
106
17:43 / 13 Dekabr 2025
1583
17:09 / 13 Dekabr 2025
104
16:55 / 13 Dekabr 2025
332
15:58 / 13 Dekabr 2025
112
15:47 / 13 Dekabr 2025
101
15:39 / 13 Dekabr 2025
124
15:08 / 13 Dekabr 2025
2837
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.