Nazirlər Kabineti yeni QƏRAR VERİB
17 Dekabr 2025, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
466
26.04.2025, 23:36
Azərbaycanda uzun müddətdir plastik cərrahların fəaliyyəti ilə bağlı aparılan rəsmi araşdırma ötən həftə yekunlaşıb. Rəsmi məlumatda bildirilir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Araşdırmanın nəticəsində yalnız 42 nəfər plastik cərrahın fəaliyyətinə rəsmi icazə verilib.
Bu açıqlama plastik cərrahiyyə sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Mütəxəssislər bildirir ki, bu qərar həm pasiyentlərin təhlükəsizliyi baxımından müsbət addımdır, həm də qeyri-leqal və savadsız müdaxilələrin qarşısını almağa yönəlib.
Rəsmi açıqlamada bildirilib ki, Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər. Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər. Sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.
Oxu24.com Modern.az-a açıqlamasında Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli bildirib ki, Təftiş Komissiyası çox nüansları yoxlayıb, hansı meyarlar lazım idisə onlar dəqiqləşdirilib.
"Adı siyahıda olmayan şəxslərin məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərlərdən məlumatlı deyiləm. Təftiş Komissiyasına daxil olan qurumlardan biri də Elm və Təhsil Nazirliyidir. ETN tərəfindən cərrahların təhsil aldığı təhsil müəssisələrinin qeydləri istənildi. Həmin şəxslərin neçə il, necə təhsil alması ilə bağlı ətraflı məlumat əldə edildi. Digər qurumlar tərəfindən də fəaliyyətləri yoxlanıldı. Bütün bunlardan sonra qərara gəlindi ki, bu sahənin 42 nəfər mütəxəssissi var. Səhiyyə Nazirliyinin səhifəsində də müvafiq açıqlama verilib. Mən də daxil olmaqla bütün plastik cərrahlar yoxlanıldı. Bu prosesdən narazı qalanlar da var. Amma hər kəs öz içində bilir ki, bu sahədə mütəxəssisdir, yoxsa yox. Ona görə də inanmıram ki, kimsə məhkəməyə müraciət etsin. Çünki bu yoxlamalar yüksək səviyyədə aparıldı" - V.Qələndərli qeyd edib.
10:42 / 17 Dekabr 2025
3
10:36 / 17 Dekabr 2025
73
10:21 / 17 Dekabr 2025
23
10:15 / 17 Dekabr 2025
21
10:14 / 17 Dekabr 2025
21
09:01 / 17 Dekabr 2025
250
08:45 / 17 Dekabr 2025
36
07:45 / 17 Dekabr 2025
53
07:38 / 17 Dekabr 2025
59
01:40 / 17 Dekabr 2025
97
01:15 / 17 Dekabr 2025
90
00:55 / 17 Dekabr 2025
101
00:36 / 17 Dekabr 2025
103
00:32 / 17 Dekabr 2025
113
00:24 / 17 Dekabr 2025
187
23:40 / 16 Dekabr 2025
1567
23:04 / 16 Dekabr 2025
1560
22:25 / 16 Dekabr 2025
117
22:19 / 16 Dekabr 2025
1355
22:05 / 16 Dekabr 2025
131
20:53 / 16 Dekabr 2025
2104
20:13 / 16 Dekabr 2025
897
20:07 / 16 Dekabr 2025
367
20:05 / 16 Dekabr 2025
387
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.