Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1187
27.04.2025, 10:13
“Balakahni Operating Company” LTD-nin əməkdaşı İlham Mikayılovun ailəsində 30 ildən sonra yenidən uşaq səsi gəlir.
Oxu24.com-un xəbərinə görə, həyat yoldaşı Nailə Mikayılova ilə birgə onlar beş il əvvəl yeganə övladları Rəşadı Vətən uğrunda qurban verən valideynlərdən idilər.
25 yaşlı Rəşad Mikayılzadə könüllü əsgər kimi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılmışdır. Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olmuşdur.
“Oğlum evin tək övladı idi. Çox şən və istiqanlı idi. Özü öz zəhməti ilə çalışıb işləyirdi. Həm ali təhsil almışdır, həm də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə könüllü kimi qatılırdı. Bizə çox çətin olsa da, Nailə ilə həmişə başı uca gəzirdik, çünki hamı bizə “Rəşadın anası, atası” deyirdilər. Bu, bizim üçün böyük qürur idi,” deyərək İlham Mikayılov oğlunu yad edir.
Artıq iki ildir İlham Mikayılov Balaxanı neftçilərinin komandasında çalışır. “Balakhani Operating Company” LTD-nin heyəti onun ikinci ailəsinə çevrilib. O, deyir: “Oğlum şəhidlik zirvəsinə ucalandan sonra evdə səs küyün olmaması bizə çox pis təsir edirdi. İkinci övlad barədə düşünürdük, amma tərəddüd edirdik. İşdə mənə bununla bağlı, şirkətin prezidenti Rövşən Rzayev başda olmaqla mənəvi dayaq durdular, həm də maddi dəstək göstərdilər. Və bizim, Allaha çox şükr, yenidən övladımız dünyaya gəldi. ”
Həmçinin oxuyun
Bir yaşını qeyd edən balaca Ayla qardaşının əziz xatirəsini həm də soyadında daşıyır- Ayla Rəşadlı. Dünyaya gəldikdən sonra valideynləri ilə ziyarət etdiyi ilk yer Şəhidlər Xiyabanında qəhrəmanın məzarı idi. Onu görməsə də, Ayla hər səhər anası ilə evdə Rəşadın Vətən uğrunda döyüşlərdə qazandığı medalları, fəxrnamələri, diplomları və şəkilləri ilə bəzədilən güşəyə yaxınlaşıb öz körpə qığıltısı ilə onunla danışır.
“Qızım olmazdan öncə gecələr gözümə yuxu getmirdi. İndi isə işdən evə tələsirəm ki, məni evdə Ayla gözləyir. O, evimizə bir işıq kimi doğdu, yaşamağımıza yeni səbəb verdi. 30 ildən sonra evimizdə yenidən uşaq səsi gəlir”, deyir İlham Mikayılov.
Aylanın bir yaşını təbrik etmək üçün “Balakhani Operating Company LTD”-nin heyəti də gəlmişdir. Mikayılovlar ailəsinin üzvləri artıq üç nəfər deyil, İlhamla bərabər çalışan yüzlərlə Balaxanı neftçiləridir. Qəhrəman Rəşad Mikayılzadənin bacısı Ayla Rəşadlının indi çox böyük ailəsi var.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.