Qaynar xətt:

(+99450) 247 90 86

Hərbçimiz mənzildə canına qıydı 

CƏMİYYƏT

2279

28.04.2025, 14:11

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Rəhim Zeynal oğlu Novruzov yaşadığı mənzildə intihar edib.

Oxu24.com  xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.