Professor Nərgiz Paşayeva üçün özəl gün: Həyatı,ailəsi,yaradıcılığı haqqında MARAQLI FAKTLAR
13 Dekabr 2025, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
806
30.04.2025, 14:57
Xəbər verdiyimiz kimi bu gün ADNA terrorundan 16 il ötür.
Oxu24.com xatırladır ki,həmin terrorda ölənlərdən biri də Ayaz Bağırov idi.
Sonun SMS-i: "Növbəti günün bərbad olacağını bilə-bilə, hələ də üzündə saxta təbəssümü saxlamaq çox dəhşətlidir..."
...Ünvanlarını tapmaqda elə də çətinlik çəkmədim. 29-cu polis bölməsinin yaxınlığında yaşadıqlarını eşitdim. Kimdən soruşdumsa ünvanı dəqiq dedilər. Buna təəcüb etmədim. Son günlərin ən çox danışılan mövzusu və bu mövzunun qəhrəmanları...
Qapıya yaxınlaşıram. Qapının arasına taxılmış işıq pulu qəbzini görəndə diksinirəm. Ağlıma gələn qəfil fikirdən üşənirəm. Yəqin ki, Ayazın kompüterinin, yandırdığı işığın, istifadə etdiyi ütünün və qeyrilərinin də qiyməti bax bu qəbzdədr.
Bu dəfə siznlə birgə aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrorun daha bir qurbanı, 4-cü kurs tələbəsi Ayaz Cavanşir oğlu Bağırovun həyat hekayətini dinləyəsi olacağıq.
"Ayaz əsl lider idi"
O, 1988-ci ilin 11 sentyabrında dünyaya göz açıb. Ailədə iki nəfər olublar. 12 yaşlı qardaşı Azər də onun kimi dərs əlaçısıdır.
Ayaz Yasamal rayonunda yerləşən 167 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Valideyinləri həmişə Ayazın üstündə əsiblər. Orta məktəbin 6-cı sinfində Ayazı fizika-riyaziyyat təmayüllü litseyə qoyublar. Daha sonra yenidən doğma məktəbinə üz tutan Ayaz həm litseydəkilərin, həm də 167 saylı orta məktəbdəkilərin sevimlisi olub. Anasının da çalışdığı orta məktəbi əla qiymətlərlə bitirən Ayaz ali təhsil aldığı Neft Akademiyasında da həmişə seçilib. Qrup nümayəndəsi seçilən Ayazı kimsə qanıqara, dilxor görmədi. Həmişə deyib-gülən, istiqanlı, ürəyitəmiz və arzularla aşıb-daşan bu gəncin faciəli ölümü bütün onu tanıyanları yandırdı.
"Üzeyirin, Bethovenin əsərlərini saatlarla çalardı"
Bizimlə söhbət edən Telman Ayazın atası Cavanşirin ən yaxın dostudur. Deyir ki, 1985-ci ildə Bakıya işləməyə gəldik. Cavanşir sürücü idi. Min bir əziyyətlə övlad böyütdü, axırı da belə...
Ayazın xalası oğlu Elgün isə onun musiqiyə olan həvəsindən danışır. Deyir ki, lap uşaqlıqdan musiqi məktəbinə gedib. Pianinoda saatlarla Üzeyr Hacıbəyovun "Koroğlu" üvertürasını, Bethovenin əsərlərini çalardı: "Çox da gözəl çalırdı. Türk dostu ona Türkiyədən gitara da gətirmişdi. Gitaradan da çox xoşu gəlirdi".
Uşaqlıqdan üzgüçülüyə, musiqiyə həvəs göstərən Ayaz ingilis, rus dillərində sərbəst danışırmış. İngilis dilinə xüsusi səy göstərirmiş.
Telman kişi deyir ki, Ayaz dindar idi. Namaz qılırdı. İbadət edirdi.
"Sevdiyi qızla birgə xaricdə təhsil almaq istəyirdi"
Ayazın gənc ömrü kimi arzuları da yarıda qırıldı. Sonuncu kursda dövlət imtahanını verdiyi gün qətlə yetirilən tələbə əsgəri xidmətini başa vurduqdan sonra təhsilini xaricdə davam etdirmək istəyirmiş. Elgün Ayazın yenicə aldığı xarici pasportunu göstərir. Hələ bircə dəfə də istifadə etmədiyi pasportunu da həmin gün üçün hazırlayıbmış...
Ayazın şəkillərini istəyirəm. Elgün deyir ki, Ayaz həm şəkil çəkdirməyi, də şəkil çəkməyi də sevirmiş. Xalası oğlu Ayazın kompüterindəki şəkillərdən bir neçəsini material üçün verir. Qəfil gözüm Ayazın qəşəng bir qızla çəkdirdiyi şəkilə sataşır.
Həmçinin oxuyun
Ayazın dünyalar qədər sevdiyi qızla ən xoşbəxt anlarının lentdə donan əksi...
Ayaz Neft Akademiyasının 3-cü kursunda oxuyan sevglisi ilə birgə xaricdə təhsil alacağı günü səbirsizliklə gözləyirimiş. Və bu arzusunun gerçək olacağına çox inaınırmış.
Üç dost idilər. Üçü də bir gündə qətlə yetrildi *04
Ayaz, Savalan və Taleh. Çox yaxın dost idilər. O qədər yaxın idilər ki, hətta ölüm də onları ayıra bilmədi. Üçü də bir gündə qətlə yetrildi.
Elgün isə mənə Ayazın ingilis dili öyrəndiyi kursda çəkildiyi kiçik bir süjeti göstərir. İngilis dilində hazırlanmış səhnəcikdə Ayazı Cırtdan öldürür. Cırtdanın atdığı daş düz Ayazın alnından dəyir və öldürür.
Çox qəribədir. Görəsən Ayaz bu səhnəcikdə çəkilərkən ağlına gəlirmiş ki, əslində sonuna yaxınlaşdığı ömrünün ən faciəli epizodunu canlandırır.
Axı aprelin 30-da Ayazın başını hədəfə alan terrostin gülləsi düz onun alnından dəymişdi.
Və sonuncu SMS: Növbəti günün bərbad olacağını bilərəkdən...
Dövlət imtahanını verəcəkdi səhər. Çox narahat idi. Nədənsə ürəyinə dammışdı ki, bu təkcə imtahan rahatsızlığı deyil. Axşam dostuna belə bir SMS yazıb: "Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssümü saxlamaq çox dəhşətlidir...".
Doğurdan da dəhşətlidir. Ayazın arzuları ilə tanış olanda şəkillərinə baxanda itirdiklərimizin nə qədər dəyərli olduğu bizi göynədir.
Tanrı o dünyasını versin. Ruhu şad olsun! Amin!
Məmbə: Qaynar
12:16 / 13 Dekabr 2025
21
12:08 / 13 Dekabr 2025
24
11:44 / 13 Dekabr 2025
33
11:30 / 13 Dekabr 2025
48
11:09 / 13 Dekabr 2025
573
11:07 / 13 Dekabr 2025
253
10:25 / 13 Dekabr 2025
785
09:15 / 13 Dekabr 2025
749
09:06 / 13 Dekabr 2025
341
08:45 / 13 Dekabr 2025
118
08:37 / 13 Dekabr 2025
140
00:28 / 13 Dekabr 2025
138
00:14 / 13 Dekabr 2025
1055
00:01 / 13 Dekabr 2025
694
23:20 / 12 Dekabr 2025
624
23:12 / 12 Dekabr 2025
109
22:41 / 12 Dekabr 2025
13692
22:05 / 12 Dekabr 2025
146
21:58 / 12 Dekabr 2025
2913
21:45 / 12 Dekabr 2025
135
19:31 / 12 Dekabr 2025
1139
19:20 / 12 Dekabr 2025
2251
19:04 / 12 Dekabr 2025
1325
19:02 / 12 Dekabr 2025
185
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.