Əmr imzalandı: Eldar Mahmudovun qohumu vəzifəyə gətirildi
15 Dekabr 2025, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
503
05.05.2025, 14:03
Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. Müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. Müsabiqənin üç qalibi dəyərli hədiyyələr – iPhone 16 Pro smartfonları qazanacaq.
TikTok platforması böyük və daim artmaqda olan maarifləndirici kontent müəlliflərini bir araya gətirir. Belə ki, ötən il platforma Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkədə maarifləndirici kontentin inkişafına yönəlmiş #TikTokdanÖyrən təşəbbüsünü başladıb. Layihə çərçivəsində istifadəçilər tərəfindən təxminən 22 min maarifləndirici video çəkilərək paylaşılıb.
Platforma bütün dünyada, xüsusilə müəllimlər arasında geniş populyarlıq qazanır, çünki onlar burada öz fənlərini geniş auditoriyaya maraqlı şəkildə təqdim etmək imkanı əldə edirlər. TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan verəcək. TikTok-da fəaliyyətə yeni başlayan müəllimlər üçün isə platformanın imkanları ilə tanış olmaq və izləyicilərin diqqətini çəkəcək videolar yaratmağı öyrənmək məqsədilə xüsusi təlim vebinarı keçirilib.
Müsabiqədə iştirak üçün artıq TikTok-da kontent yaradan və ya platformada hesab açmağa hazır olan məktəb müəllimləri, ali məktəb və kollec müəllimləri dəvət olunur.
Həmçinin oxuyun
5 maydan 1 iyuna qədər müəllimlərdən tədris etdikləri fənn üzrə mövzu ilə bağlı maarifləndirici videolar paylaşmaları xahiş olunacaq.
Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir.
Müsabiqənin şərtlərinə uyğun maarifləndirici videoları ilə ən çox izlənmə sayı qazanan müəllimlər qalib seçiləcəklər. Onlara daha keyfiyyətli və peşəkar məzmun yaratmaqda dəstək olmaq üçün iPhone 16 Pro smartfonları hədiyyə olunacaq.
“Biz, Azərbaycanda TikTok istifadəçiləri arasında maarifləndirici kontentə olan marağın davamlı olaraq artdığını görürük. Eyni zamanda, ölkədə artıq TikTok-u mənimsəyən bir çox istedadlı müəllimlər olduğunu müşahidə edirik və əminik ki, burada hələ də platformada inkişaf etmək üçün böyük potensiala sahib çoxlu müəllimlər var. Biz #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəni təşkil edirik ki, müəllimlər öz istedadlarını ortaya qoysun və biliklərini geniş auditoriya ilə paylaşmağa başlasınlar. Əminik ki, yerli icmamız bu yeni təşəbbüsdə fəal iştirak edəcək və TikTok-da daha çox keyfiyyətli, faydalı kontent yaranacaq”, – deyə TikTok-un Azərbaycandakı, Türkiyədəki, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat rəhbəri Melis Çağlar şərh edib.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.