Qaynar xətt:

(+99450) 247 90 86

Un neçəyə oldu?

news/2025_05_06/und_1746514633.jpeg

CƏMİYYƏT

244

06.05.2025, 10:56

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb.

Oxu24.com   xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, mayın 5-də Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.6-28.2 manat ətrafında dəyişib.

Azərbaycanda unun ən aşağı topdansatış qiyməti 26,6 manat Şabranda, ən yüksək topdansatış qiyməti 28,2 manat Gəncədə qeydə alınıb.