DYP sürücülər üçün vacib AÇIQLAMA YAYDI
14 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
761
06.05.2025, 13:52
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması haqda xəbər günlərdir ölkə gündəminin müzakirə mövzularından birinə çevrilib.
Oxu24.com xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında məsələyə sərt reaksiya verib:
“Bildiyim qədəri ilə həmin qadının 38 yaşı var. Bu yaşda bir insan artıq kifayət qədər həyat təcrübəsinə malik olur və hüquqlarını bilməməsi inandırıcı görünmür. Xüsusilə də uzun müddət ABŞ-də yaşayan, orada ailə quran bir qadının hüquqi mühitdən xəbərsiz olması real deyil. Əgər doğrudan da əri tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıbsa, yaşadığı ölkədə - ABŞ-də hüquq-mühafizə orqanlarına, polisə və ya qadın hüquqları ilə məşğul olan təşkilatlara müraciət edə bilərdi.
ABŞ-də belə hallara qarşı çox sərt qanunlar var. Ər arvadını döyərsə, ən azı 5 il müddətə həbs cəzası ilə üzləşə bilər. Orada ailədaxili zorakılıq məsələlərinə çox həssas və ciddi yanaşılır, qısa müddətdə məhkəmə qərarları çıxarılır, zərərçəkənin təhlükəsizliyi təmin olunur. Ola bilər ki, qadın qorxub, təhdid edilib, ya da ailəsinin gələcəyinə görə narahat olub. Bu səbəbdən də çıxış yolunu Bakıya dönməkdə görüb”.
Həmçinin oxuyun
Onun sözlərinə görə, əgər qadın onların təşkilatına müraciət edərsə, ona bütün imkanlar daxilində dəstək göstərməyə hazırdırlar: “Sadəcə, bu məsələdə məni ən çox sarsıdan məqam odur ki, Məzahir Pənahovu cəmiyyət içində ciddi, ailə dəyərlərinə sadiq, yüksək əxlaqi mövqeyi olan bir insan kimi tanımışam və ona həqiqətən böyük hörmət bəsləmişəm. Amma görünən odur ki, çox tərbiyəsiz bir oğul böyüdüb. Oğlu bu davranışı ilə təkcə öz atasını deyil, Azərbaycanı və özünü biabır edib.
Bütün bunların kökündə isə çox vaxt “məhdudiyyətsiz imkanlar” dayanır. Çoxlu pul, güc və toxunulmazlıq hissi insanlarda nəzarətsizlik yarada bilər. Halbuki mən tanıyıram ki, oliqarx övladları arasında çox tərbiyəli, savadlı, davranışlarına diqqət edən insanlar da var. Hər şey ailə tərbiyəsindən və valideyn nəzarətindən asılıdır. Bəziləri deyə bilər ki, ata oğulun, oğul da atanın əməllərinə görə cavabdeh deyil. Evdə saxladığı it birini dişləyərsə, hüquqi cəhətdən onun sahibi məsuliyyət daşıyır. Əgər evində böyütdüyün övlad cəmiyyət üçün təhlükəli davranış sərgiləyirsə, deməli, burada valideyn məsuliyyəti də gündəmə gəlir. Düzgün tərbiyə verilməli idi”.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.