DYP sürücülər üçün vacib AÇIQLAMA YAYDI
14 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
236
07.05.2025, 09:50
Ali təhsilin bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.
Bəs yeni ixtisaslar hansı universitetlərdə tədris ediləcək?
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı Milli.Az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib:
"Yeni yaradılan ixtisasların çoxu birinci qrupdadır. Burada ən vacib ixtisaslardan biri data analtika ixtisasıdır. Yalnız riyaziyyat informatika alt qrupuna üstünlük verən abituriyentlərin bu ixtisası seçmək imkanı olacaq. Data analtika ixtisasının Bakı Ali Neft Məktəbi və BDU-da olması planlaşdırılır. Bu il birinci ixtisas qrupunda yeni yaradılan ixtisaslardan biri də Fizika Riyaziyyat müəllimliyidir. Sözügedən ixtisasın BDU, ADPU,eləcə də Gəncə və Sumqayıtda olması nəzərdə tutulub".
Ekspert qeyd edib ki, digər ixtisas isə heyvandarlıqla bağlıdır:
Həmçinin oxuyun
"Bu ixtisas Gəncə Aqrar Universiteti, Lənkəran Dövlət Universitetində olması planlaşdırılır. Təbii ki, ən vacib ixtisas siyahısında biz qeyd etməliyik ki, kənd təsərrüfatı texnologiyalar ixtisası bu da Gəncə şəhərində olacaqdır. Üçüncü ixtisas isə bu bizim abituriyentlərimiz üçün xüsusi pedaqoqiya ixtisasıdır. Bu da BDU, ADPU, ADU, BSU və bir neçə özəl universitetdə tədris olunacaqdır. Bu il əmək bazarının ən vacib ixtisasları sırasında dördüncü qrupda qidalanma və dietologiya ixtisası da yer tutur. Bu yeni ixtisasın ATU və Gəncədə tədris olunması proqnozlaşdırılır".
Bəs yeni yaradılan ixtisaslar qəbul prosesinə necə təsir göstərəcək?
Ekspert bildirib ki, yeni ixtisaslar qəbul ballarına təsir göstərməyəcək.
Məsələ ilə bağlı DİM-dən bildirildi ki, yeni ixtisasların hansı ali təhsil müəssəsində olması Nazirlər Kabinetinin qərarından sonra tam bəlli olacaq.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.