DYP sürücülər üçün vacib AÇIQLAMA YAYDI
14 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
16.05.2025, 11:33
2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4171,8 manat, qeyri neft-qaz sektorunda 1025,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1053,1 manat, özəl müəssisələrdə isə 1115,6 manat olub.
Dövlət Statistika Komitəsindən Oxu24.com-a verilən məlumata görə, 2025-cü ilin I rübündə orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu sahə mədənçıxarma sənayesi, ən aşağı olduğu sahə isə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq olub.
Hesabat dövründə mədənçıxarma sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 3961.2 manat olub. Bu göstərici dövlət sektorunda 2445.5 manata, özəl sektorda isə 4755.8 manata bərabər olub.
Maliyyə və sığorta sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 2630 manat olub. Bu sektorda dövlət sektorunda çalışanların maaşları 3338.8 manat, özəl sektorda isə 2473.8 manat olub.
Həmçinin oxuyun
Bu dövrdə informasiya və rabitə sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1961.5 manat olub. Anoloji sahədə çalışan dövlət işçilərinin orta əməkhaqqları 1632.4 manat, qeyri-dövlət işçilərinin orta əməkhaqqları isə , 2209.2 manat olub.
Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları 674.6 manat olub. Bu sahədə fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin orta əməkhaqqları müvafiq olaraq 777.6 manat və 647.4 manat təşkil edib.
Digər sahələrdə fəaliyyət göstərən işçilərin 2025-ci ilin I rübündə orta aylıq əməkhaqqı aşağıdakı cədvəldə qeyd edilib.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.