Dünyanın ən çətin nöqtəsinə çatdılar - Tarixi səyahət 2,5 il çəkdi
14 Dekabr 2025, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1385
16.05.2025, 12:17
Milli Məclis kursantların vəzifələri, eləcə də gizirlər, miçmanlar, zabitlərin hüquqları haqqında bir sıra dəyişiklikləri son oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, layihəyə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək. Bununla da, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Belə ki, kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirəcəklər.
Bununla bərabər, qanuna əlavə edilməsi nəzərdə tutulan 48-1-ci maddəyə görə, “Kursant” hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək.
Həmin maddədə bildirilib ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər “kursant” hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirə biləcəklər.
Qanun layihəsində o da vurğulanıb ki, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda “kursant” hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın yaş hədlərinə uyğun hesablanır.
Digər bir dəyişikliklə nəzərdə tutulub ki, gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunur.
Belə ki, hazırda qüvvədə olan qanuna əsasən, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər. Belə hallarda kiçik zabitləri generalların və admiralların, gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin, əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.
Layihəyə əsasən, gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu siyahıdan çıxarılır, həbs edilməyəcəklər. Başqa sözlə, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləcək. Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Həmçinin oxuyun
Azərbaycanın sirli ərazisi: Bu ərazidə içki qadağandır,avtobuslar pulsuzdur,radar yoxdur - VİDEO
Nişanlı olan şəhid mayorun saatı 9 ay sonra haradan tapıldı? -Tükürpədici hadisə
Nərgiz Cəlilova hansı generalın xanımıdır? - Diktorun maraqlı HƏYATI
Azərbaycanda qadın sənətçi buna görə həbs olunubmuş — Sui-qəsd ittihamı (VİDEO)
***
Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.
Bununla bağlı Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində və “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında son oxunuşda müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Cinayət-Prosessual Məcəlləsinə müvafiq məsələni nəzərdə tutan 214.4-1-ci maddənin əlavə edilməsi təklif olunub.
Həmçinin, bunu nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına "məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar" ifadəsinin də əlavə edilməsi təklif olunub.
İnzibati Xətalar Məcəlləsinə isə 54.2-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
14:08 / 14 Dekabr 2025
14
13:58 / 14 Dekabr 2025
18
13:27 / 14 Dekabr 2025
35
13:18 / 14 Dekabr 2025
34
13:09 / 14 Dekabr 2025
37
12:54 / 14 Dekabr 2025
250
12:18 / 14 Dekabr 2025
439
12:06 / 14 Dekabr 2025
949
11:38 / 14 Dekabr 2025
51
11:30 / 14 Dekabr 2025
574
11:22 / 14 Dekabr 2025
34
10:43 / 14 Dekabr 2025
876
10:33 / 14 Dekabr 2025
84
10:20 / 14 Dekabr 2025
76
09:40 / 14 Dekabr 2025
77
09:15 / 14 Dekabr 2025
223
08:58 / 14 Dekabr 2025
150
08:46 / 14 Dekabr 2025
206
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1498
00:52 / 14 Dekabr 2025
1127
00:43 / 14 Dekabr 2025
187
00:04 / 14 Dekabr 2025
1773
23:47 / 13 Dekabr 2025
1934
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.