"Qarabağ" dan Nərimanla bağlı paylaşım: Nəyə işarə edildi?
14 Dekabr 2025, 20:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
161
21.05.2025, 09:40
Cəmiyyətimizdə hələ də hamiləlik və ailə planlaması məsələlərinə qarşı maariflənmə səviyyəsinin aşağı olması bir çox qadının həyatı üçün ciddi təhlükələr yaradır.
Arzuolunmaz və ya planlaşdırılmamış hamiləliklə qarşılaşan qadınların bir qismi çıxış yolunu abortda görür. Təəssüf ki, bu zaman bəziləri qeyri-peşəkar üsullara əl ataraq öz sağlamlıqlarını və həyatlarını riskə atırlar. Ən narahatedici məqam isə bəzi hallarda abortun sosial və mədəni təzyiqlər, xüsusilə də dölün cinsiyyəti ilə bağlı qərarlarla əlaqəli olmasıdır.
Oxu24.com xəbər verir ki, hamiləliyi özbaşına sonlandırmaq cəhdləri bəzi qadınlar üçün faciəvi sonluqla nəticələnir. İstər arzuolunmaz hamiləlik, istərsə də dölün qız olması kimi səbəblərdən abort ilk seçimə çevrilir. Hazırda Azərbaycan abortların əhali sayına nisbətinə görə dünyanın ön sıralarında yer alır. Bu acı statistika təkcə rəqəmlərlə deyil, həm də qadın həyatı və sağlamlığı baxımından dərin narahatlıq doğurur.
Ginekoloq Fidan Əliyeva qeyd edir ki, bu cür dərmanların apteklərdə reseptsiz satılması qanunla qadağandır və onların nəzarətsiz istifadəsi ölümcül nəticələr doğura bilər:
"Qadınlar hamilə olduqlarından şübhələndikləri an, heç bir həkim məsləhəti olmadan apteklərə müraciət edirlər. Bəzi hallarda bu üsul nəticə verir, lakin çox zaman ağır qanaxmalar və həyati təhlükə ilə nəticələnir. Elə hallar olub ki, qadını xəstəxanaya çatdırmaq mümkün olmayıb," - deyə F. Əliyeva vurğulayır.
Digər ginekoloq Leyla Sadıqlı isə bildirir ki, qanunvericiliyə əsasən, qadınlar hamiləliyin 12-ci həftəsinə qədər abort etdirə bilərlər. Lakin bu müddətdən sonra həyata keçirilən abortlar "gecikmiş abort" hesab olunur və qadının sağlamlığı üçün ciddi təhlükələr yaradır.
Həmçinin oxuyun
"Çox təəssüf ki, bəzi qadınlar dölün cinsiyyəti məlum olduqdan sonra - yəni hamiləliyin 12-ci həftəsində - abort qərarı verirlər. Xüsusilə qız uşağına hamilə olduqda bu cür müraciətlər artır. Ancaq bu gecikmiş abortlar zamanı infeksiya, uşaqlıq boşluğunun zədələnməsi, ciddi qanaxma və ikincili sonsuzluq kimi ağırlaşmalar müşahidə olunur," - deyə həkim xəbərdarlıq edir.
Mütəxəssislər düşünürlər ki, abortun bu qədər yayılmasının əsas səbəbi hamiləlikdən qorunma vasitələri ilə bağlı maarifləndirmənin az olmasıdır. Hamiləlikdən qorunmaq üçün ən geniş yayılan üsullardan biri spiral olsa da, dərialtı implantlar və ya hormonal həblər də effektiv üsullar sırasındadır. Təəssüf ki, bu metodlardan istifadə etməyən qadınlar daha tez-tez arzuolunmaz hamiləliklə qarşılaşır və nəticədə aborta üz tuturlar.
Abort yalnız bir tibbi müdaxilə deyil, qadının gələcək sağlamlığına təsir edən, psixoloji və sosial nəticələri olan ciddi bir qərardır. Bəzi hallarda qadınlar abortun fəsadlarını dərhal hiss etmirlər. Fəsadlar bir neçə həftə, ay və ya illər sonra ortaya çıxa bilər.
Həkimlər və mütəxəssislər deyir ki, abort son çarə deyil. Ailə planlaması, qorunma üsullarının düzgün istifadəsi və cəmiyyətin bu məsələdə maariflənməsi abort göstəricilərinin azalmasına səbəb ola bilər.
20:16 / 14 Dekabr 2025
226
19:55 / 14 Dekabr 2025
48
19:50 / 14 Dekabr 2025
34
19:36 / 14 Dekabr 2025
38
19:27 / 14 Dekabr 2025
118
19:22 / 14 Dekabr 2025
61
18:57 / 14 Dekabr 2025
2050
17:55 / 14 Dekabr 2025
756
16:45 / 14 Dekabr 2025
1189
15:41 / 14 Dekabr 2025
933
15:09 / 14 Dekabr 2025
89
14:56 / 14 Dekabr 2025
190
14:08 / 14 Dekabr 2025
2184
13:58 / 14 Dekabr 2025
110
13:27 / 14 Dekabr 2025
126
13:18 / 14 Dekabr 2025
103
13:09 / 14 Dekabr 2025
145
12:54 / 14 Dekabr 2025
551
12:18 / 14 Dekabr 2025
1116
12:06 / 14 Dekabr 2025
2357
11:38 / 14 Dekabr 2025
112
11:30 / 14 Dekabr 2025
782
11:22 / 14 Dekabr 2025
87
10:43 / 14 Dekabr 2025
1142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.