Ədliyyə Nazirliyində mühüm vəzifələr boş qalıb — Təyinatları gecikdirən SƏBƏBLƏR NƏDİR?
13 Dekabr 2025, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
464
24.05.2025, 20:37
Milli Məclisin mayın 23-də keçirilən iclasında deputat Elnarə Akimova son günlər cəmiyyətdə dərin narahatlıq və gərginlik yaradan bir məsələyə, yəni Gəncədə 17 yaşlı məktəbli Elgün İbrahimovun qətlə yetirilməsi hadisəsinə toxunub.
Oxu24.com xəbər verir ki, deputat bu faciənin yalnız bir cinayət hadisəsi deyil, eyni zamanda təhsil və cəmiyyətin mənəvi durumu ilə bağlı ciddi siqnallar verdiyini vurğulayıb.
Deputat belə hadisələrin qarşısının alınması üçün məktəblərdə psixoloji dəstək sisteminin gücləndirilməsinin vacibliyini qeyd edib:
"Məktəblərdə psixologiya fənninin tədrisi daha dərindən aparılmalı, peşəkar psixoloqlar təhsil müəssisələrinə cəlb olunmalıdır. Psixoloji hazırlıqlar və maarifləndirmə təlimləri məktəblilərin şüurunda müsbət dəyişikliklərə səbəb ola bilər. Qeyri-ixtisas müəllimlərinin məsələn, kimya, fizika və ya biologiya müəllimlərinin psixologiya dərsi keçməsi yolverilməzdir. Bu sahəyə yalnız ixtisaslı mütəxəssislər cəlb olunmalıdır," - deyə Elnarə Akimova bildirib.Milli.Az
Həmçinin oxuyun
Deputat həmçinin müasir gənclərin mütaliəyə marağının azalmasından, onların dil qabiliyyətlərinin zəifləməsi və mənəvi dünyalarının daralmasından narahatlığını ifadə edib:
"Ədəbiyyatdan uzaq düşən, xəyal dünyası məhdudlaşan bir nəsil yetişir. Bu, təkcə təhsil deyil, gələcək cəmiyyətin formalaşması baxımından da ciddi təhlükədir. Dərsliklərimizdə və təhsil proqramlarımızda ədəbiyyata, mənəviyyata daha çox yer verilməlidir. Ədəbiyyat insanın daxili dünyasına, mənəviyyatına toxunan bir sahədir və bu baxımdan onun rolu əvəzolunmazdır," - deyə o, əlavə edib.
21:34 / 13 Dekabr 2025
4
21:21 / 13 Dekabr 2025
19
21:19 / 13 Dekabr 2025
21
21:15 / 13 Dekabr 2025
20
21:02 / 13 Dekabr 2025
24
20:49 / 13 Dekabr 2025
155
20:44 / 13 Dekabr 2025
43
20:36 / 13 Dekabr 2025
44
20:26 / 13 Dekabr 2025
52
20:01 / 13 Dekabr 2025
178
19:53 / 13 Dekabr 2025
61
19:21 / 13 Dekabr 2025
286
19:16 / 13 Dekabr 2025
93
18:32 / 13 Dekabr 2025
896
18:12 / 13 Dekabr 2025
154
18:02 / 13 Dekabr 2025
99
17:43 / 13 Dekabr 2025
1497
17:09 / 13 Dekabr 2025
99
16:55 / 13 Dekabr 2025
326
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
95
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2767
14:50 / 13 Dekabr 2025
111
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.