Zəlzələ BAŞ VERDİ
13 Dekabr 2025, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
283
26.05.2025, 17:07
Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi və mərkəzin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov vəfat edib.
Oxu24.com xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Ələsgərov Bəybala Aydabala oğlu 1954-cü il may ayının 9-da Qusar rayonunun Köhnə Qazmalar kəndində anadan olub.
O, 1993-cü ildə Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel informasiya mərkəzinə üzv, 1996-cı ildə həqiqi üzv seçilən ilk Azərbaycan alimidir. O, 1993-cü ildən başlayaraq ardıcıl olaraq "Nobel mükafatı laureatları"nın görüş konfranslarında və Stokholm şəhərində Nobel mükafatları komitəsində məruzələrlə çıxış edib. B.Ələsgərov Nazirlər Kabinetinin 3 iyun 1996-cı il tarixli qərarı ilə yaradılmış "AMEA nəzdində Nobel İnformasiya Mərkəzi"nə uzun illər rəhbərlik edib.
Həmçinin oxuyun
Onun təşəbbüsü ilə ABŞ, İngiltərə, Almaniya və Rusiyadan sonra beşinci olaraq Nobel informasiya mərkəzi Azərbaycanda təşkil olunub. B.Ələsgərov 2005-ci ildə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib. 2013-cü ildə isə Nobelin yubiley konfransının təşkilat komitəsinə üzv seçilib və burada elmi məruzə ilə çıxış edib. Elə həmin il Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti seçilib. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Respublika Ağsaqqallar Şurasının üzvü olan B.Ələsgərov həm də 30-a yaxın kitabın, 400-ə yaxın elmi-publisistik məqalənin müəllifidir.
21:58 / 13 Dekabr 2025
48
21:34 / 13 Dekabr 2025
274
21:21 / 13 Dekabr 2025
39
21:19 / 13 Dekabr 2025
41
21:15 / 13 Dekabr 2025
40
21:02 / 13 Dekabr 2025
42
20:49 / 13 Dekabr 2025
224
20:44 / 13 Dekabr 2025
52
20:36 / 13 Dekabr 2025
52
20:26 / 13 Dekabr 2025
59
20:01 / 13 Dekabr 2025
220
19:53 / 13 Dekabr 2025
72
19:21 / 13 Dekabr 2025
340
19:16 / 13 Dekabr 2025
102
18:32 / 13 Dekabr 2025
955
18:12 / 13 Dekabr 2025
160
18:02 / 13 Dekabr 2025
106
17:43 / 13 Dekabr 2025
1624
17:09 / 13 Dekabr 2025
104
16:55 / 13 Dekabr 2025
336
15:58 / 13 Dekabr 2025
112
15:47 / 13 Dekabr 2025
101
15:39 / 13 Dekabr 2025
124
15:08 / 13 Dekabr 2025
2863
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.