Dekabrın 15-i ilə bağlı XƏBƏRDARLIQ
14 Dekabr 2025, 13:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
297
27.05.2025, 22:05
Azərbaycanda kənd təsərrüfatında innovativ yanaşmalar genişlənir. Ölkədə əvvəllər rast gəlinməyən qaragilə, dekapon, kinkan, quayava, payız zeytunu kimi meyvə və giləmeyvələr artıq becərilir. Onların bir çoxu sağlamlıq üçün faydalı olmaqla yanaşı, yüksək ixrac potensialına da malikdir.
Kənd Təsərrüfatı Nazirliyindən Oxu24.com-a verilən məlumata əsasən, 2025-ci ildən etibarən ilk dəfə intensiv mavigilə (qaragilə) bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılacaq. Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonlarında hər hektar əkin sahəsinə 15 min manat birdəfəlik subsidiya ayrılacaq. Şərtlərə əsasən, hər hektarda azı 3.400 ting əkilməli, sahə damcı suvarma sistemi ilə təchiz olunmalıdır.
Eyni zamanda, Lənkəran və Astara rayonlarında dekapon və kinkan kimi sitrus meyvələrinin becərilməsi genişlənir. Masallıda berqamot, Balakəndə isə yapon iydəsi kimi ekzotik növlər yetişdirilir. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində quayava meyvəsinin yerli şəraitə uyğunlaşdırılması istiqamətində uğurlu nəticələr əldə olunub. Yeni iqlimə davamlı pomidor və lavanda sortları da fermerlərin marağına səbəb olub.
Kənd təsərrüfatında məhsul çeşidlərinin artırılması və ixracyönümlü meyvələrin yetişdirilməsi, regionlarda sahibkarlığın və məşğulluğun inkişafına təkan verir.milli.az
Həmçinin oxuyun
13:09 / 14 Dekabr 2025
1
12:54 / 14 Dekabr 2025
84
12:18 / 14 Dekabr 2025
231
12:06 / 14 Dekabr 2025
172
11:38 / 14 Dekabr 2025
40
11:30 / 14 Dekabr 2025
457
11:22 / 14 Dekabr 2025
30
10:43 / 14 Dekabr 2025
728
10:33 / 14 Dekabr 2025
77
10:20 / 14 Dekabr 2025
67
09:40 / 14 Dekabr 2025
70
09:15 / 14 Dekabr 2025
207
08:58 / 14 Dekabr 2025
137
08:46 / 14 Dekabr 2025
190
08:43 / 14 Dekabr 2025
70
01:21 / 14 Dekabr 2025
1439
00:52 / 14 Dekabr 2025
1113
00:43 / 14 Dekabr 2025
178
00:04 / 14 Dekabr 2025
1663
23:47 / 13 Dekabr 2025
1892
23:44 / 13 Dekabr 2025
114
23:30 / 13 Dekabr 2025
124
22:45 / 13 Dekabr 2025
759
22:30 / 13 Dekabr 2025
191
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.