Ədliyyə Nazirliyində mühüm vəzifələr boş qalıb — Təyinatları gecikdirən SƏBƏBLƏR NƏDİR?
13 Dekabr 2025, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
196
01.06.2025, 21:13
21:03
Kəlbəcərdə traktorun minaya düşməsinin bəzi təfərrüatları məlum
hadisə rayonun Susuzluq kəndi ərazisində, kənd arası yolun çəkilişi zamanı baş verib.
Belə ki, Kəlbəcərdə yerləşən şirkətlərinin birinə məxsus "Avtoqreyder" markalı traktor sözü gedən kəndin yol çəkilişi zamanı minaya düşüb və nəticədə partlayış qeydə alınıb.
Partlayış zamanı traktorun sürücüsü Kürdəmir rayon sakini 1989-cu il təvəllüdlü Rəşadət Fikrət oğlu Əsədov xəsarət alaraq Kəlbəcərdə yerləşən xəstəxanaların birinə aparılıb.
Xəsarət alan şəxsin vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki ötən gündə Goranboyda Kəlbəcər rayon sakini 45 yaşlı Qalib Abbasov da minaya düşüb.
Xatırladaq ki, hadisənin baş verdiyi kənddə 2022-ci ilin iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində 3 nəfər - Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda Susuzluq kəndinə Kəlbəcər Rayon Polis Şöbəsinin, rayon prokurorluğunun və ANAMA-nın əməkdaşları cəlb olunub.
Artıq baş vermiş hadisə ilə bağlı araşdırmaya başlanılıb.
------------
19:57
Kəlbəcərdə mina hadisəsi baş verib.
Oxu24.com-un məlumatına görə, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.
Belə ki kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır. APA
Həmçinin oxuyun
21:34 / 13 Dekabr 2025
16
21:21 / 13 Dekabr 2025
20
21:19 / 13 Dekabr 2025
22
21:15 / 13 Dekabr 2025
21
21:02 / 13 Dekabr 2025
25
20:49 / 13 Dekabr 2025
160
20:44 / 13 Dekabr 2025
44
20:36 / 13 Dekabr 2025
45
20:26 / 13 Dekabr 2025
53
20:01 / 13 Dekabr 2025
183
19:53 / 13 Dekabr 2025
62
19:21 / 13 Dekabr 2025
289
19:16 / 13 Dekabr 2025
94
18:32 / 13 Dekabr 2025
900
18:12 / 13 Dekabr 2025
155
18:02 / 13 Dekabr 2025
100
17:43 / 13 Dekabr 2025
1505
17:09 / 13 Dekabr 2025
100
16:55 / 13 Dekabr 2025
327
15:58 / 13 Dekabr 2025
108
15:47 / 13 Dekabr 2025
97
15:39 / 13 Dekabr 2025
121
15:08 / 13 Dekabr 2025
2778
14:50 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.