Ədliyyə Nazirliyində mühüm vəzifələr boş qalıb — Təyinatları gecikdirən SƏBƏBLƏR NƏDİR?
13 Dekabr 2025, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
526
02.06.2025, 13:56
İnsanların bölgələrdən Bakıya axını geniş vüsət almaqdadır. Əsasən işləmək məqsədilə paytaxta gələnlər burada taksi sürücüsü, tikinti şirkətlərində fəhlə kimi fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Vətəndaşların Bakıya köçü müxtəlif problemlərlə yanaşı, kənd təsərrüfatında da geriləməyə səbəb olur.
Əhalinin Bakıya köçünü dayandırmaq üçün bölgələrimizdə hansı peşə üzrə iş yerlərinin sayı artırılmalıdır?
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov bunun yetərincə ciddi bir problem olduğunu vurğulayıb.
O deyib ki, problemin həlli yollarını bir açıqlama ilə söyləmək mümkün olmasa da əsas istiqamətləri sadalamaq olar:
“Bu gün urbanizasiya – yəni kənd əhalisinin şəhərlərə axını demək olar ki, bütün ölkələrin ən ciddi problemlərindən biridir. Dünyada birinci sənaye inqilabı ilə kənd əhalisinin şəhərlərə axınına start verildi. Buna qədər əhalinin təxminən 3 faizi şəhərlərdə yaşasa da, kənddən şəhərə insan axını ildən ilə sürətlə artmağa başladı. Yaxın illərdə dünyada şəhər əhalisinin xüsusi çəkisinin 60 faizə çatacağı gözlənilir.
Həmçinin oxuyun
Kənd əhalisinin sürətlə şəhərlərə axını yalnız Azərbaycanın problemi deyil, lakin bizdə urbanizasiya daha acınacaqlı şəkildə baş verir. Bu, ilk növbədə ölkə iqtisadiyyatının 95 faizdən çoxunun Abşeron yarımadasında yerləşməsi ilə daha çox bağlı olan məsələdir”.
Fikrət Yusifovun sözlərinə görə, kənddən şəhərə insan axınının qarşısının alınmasının əsas yolu bölgələrdə iş yerlərinin açılmasından keçir:
“İnsan işləməsə, qazanmasa onun həyatı dayanar. İnsanlar kənddən şəhərə hər hansı bir işlə məşğul olmaq üçün gəlirlər. Baxın, həmin o hər hansı bir iş yeri regionda olarsa, vətəndaşlar heç vaxt özünün normal evini tərk edib Bakıda çox ağır bir mənzil şəraitində yaşamaq seçimi etməzlər.
İş yerlərini isə dövlət açmamalıdır. Bunun üçün yerlərdə kiçik və orta biznesin inkişafının qarşısında duran problemləri həll etmək lazımdır. Bu sırada ilk yerdə biznesin maliyyə əlçatanlığı kimi ciddi bir problemin həlli yollarını tapmaq dayanır. Mövcud problem çözülməyincə yerlərdə biznesin yüksəlişi mümkün olmayacaq və əhalinin şəhərə axını davam edəcək. Kənddən şəhərə gəlmiş insanı geri qaytarmağın bir başqa yolu yoxdur”.
21:34 / 13 Dekabr 2025
20
21:21 / 13 Dekabr 2025
22
21:19 / 13 Dekabr 2025
23
21:15 / 13 Dekabr 2025
21
21:02 / 13 Dekabr 2025
25
20:49 / 13 Dekabr 2025
165
20:44 / 13 Dekabr 2025
44
20:36 / 13 Dekabr 2025
45
20:26 / 13 Dekabr 2025
53
20:01 / 13 Dekabr 2025
184
19:53 / 13 Dekabr 2025
62
19:21 / 13 Dekabr 2025
297
19:16 / 13 Dekabr 2025
94
18:32 / 13 Dekabr 2025
907
18:12 / 13 Dekabr 2025
155
18:02 / 13 Dekabr 2025
100
17:43 / 13 Dekabr 2025
1507
17:09 / 13 Dekabr 2025
100
16:55 / 13 Dekabr 2025
327
15:58 / 13 Dekabr 2025
108
15:47 / 13 Dekabr 2025
97
15:39 / 13 Dekabr 2025
121
15:08 / 13 Dekabr 2025
2783
14:50 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.