Ədliyyə Nazirliyində mühüm vəzifələr boş qalıb — Təyinatları gecikdirən SƏBƏBLƏR NƏDİR?
13 Dekabr 2025, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
241
02.06.2025, 14:51
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun həbsindən xəbərim yox idi. Amma bəzi məsələlər qulağıma çatmışdı. Sadəcə, məhkəmə qərarı ilə həbs edildiyini bilmirdim.
Oxu24.com xəbər verir ki, bu sözləri Teleqraf-a İmişlini Milli Məclisdə təmsil edən deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.
O, Saleh Səmədovu çox yaxşı tanıdığını bildirib:
“Rayon sakinlərindən biri kimi onu tanımamağım mümkün deyil. Tanımışam, münasibətimiz də olub. Son bir ildə başım qarışıq olduğu üçün çox sıx görüşə bilməmişik. Əvvələr münasibətimiz çox yaxşı olub, gediş-gəlişimiz var idi. Onu rayonda hamı kimi mən də sahibkar olaraq tanımışam”.
Razi Nurullayev Saleh Səmədovun bu şəkildə həbsindən məyus olduğunu ifadə edib:
“İnşallah, araşdırma gedər və haqqında müsbət qərar çıxarılar, o da azadlığına qovuşar. İndi hamı onun faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsini gündəmə gətirir. Sözsüz ki, bu, dövlət orqanlarının araşdıracağı bir işdir. Mən İmişlinin deputatıyam və o da mənim seçicilərimdən biridir. Sözsüz ki, öz seçicim haqqında nəsə başqa söz deməyim doğru olmaz və deyə də bilmərəm”.
Həmçinin oxuyun
Deputat əlavə edib ki, 9 may günü onun bu addımı yaxşı bir hal deyildi. Bu, məlumatsızlıqdan, siyasəti düzgün qiymətləndirməməkdən, geosiyasəti bilməməkdən, Azərbaycanın siyasətini doğru dəyərləndirməmək kimi məsələlərdən irəli gəlir.
"Bunu da mən belə başa düşmüşdüm. Ona görə də hər zaman deyirik ki, siyasətlə, onu bilənlər məşğul olsun. Siyasəti düzgün analiz edib onun üzərində baş sındırmayanlar, cəfa çəkməyənlər, məlumatlı olmağa çalışmayanlar, hər gün onu izləməyənlər mütləq şəkildə hər hansı bir səhfə yol verir. Bu səhvlər də sonra baha başa gəlir. Ona görə də Saleh Səmədova tezliklə azadlığa qovuşmağı arzulayıram, yaxınlarına səbr diləyir. Onun uşaqlarını da tanıyıram. Allah köməkləri olsun”, - deyə R.Nurullayev söyləyib.
Qeyd edək ki,İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib. İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir.
Xatırladaq ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.
21:34 / 13 Dekabr 2025
16
21:21 / 13 Dekabr 2025
20
21:19 / 13 Dekabr 2025
22
21:15 / 13 Dekabr 2025
21
21:02 / 13 Dekabr 2025
25
20:49 / 13 Dekabr 2025
160
20:44 / 13 Dekabr 2025
44
20:36 / 13 Dekabr 2025
45
20:26 / 13 Dekabr 2025
53
20:01 / 13 Dekabr 2025
183
19:53 / 13 Dekabr 2025
62
19:21 / 13 Dekabr 2025
289
19:16 / 13 Dekabr 2025
94
18:32 / 13 Dekabr 2025
900
18:12 / 13 Dekabr 2025
155
18:02 / 13 Dekabr 2025
100
17:43 / 13 Dekabr 2025
1505
17:09 / 13 Dekabr 2025
100
16:55 / 13 Dekabr 2025
327
15:58 / 13 Dekabr 2025
108
15:47 / 13 Dekabr 2025
97
15:39 / 13 Dekabr 2025
121
15:08 / 13 Dekabr 2025
2778
14:50 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.