Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ərəb turist məşhur oteldə öldü

CƏMİYYƏT

638

05.07.2019, 10:42

\"\"  Bakıda əcnəbi vətəndaş faciəvi şəkildə ölüb. Oxu24.com xəbər  verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. İraq vətəndaşı, 1963-cü il təvəllüdlü Alimar Haydar  Alihüseyn qaldığı “Ramada” hotelindən mədə qanaxması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.