Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda külək, rayonlarda leysan, dolu

CƏMİYYƏT

915

06.07.2019, 13:51

\"\" Azərbaycanda iyulun 7-də gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23°, gündüz 26-30° isti, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 756 milli civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 22-23°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 23-24° isti olacaq. Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, leysan xarakterli olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 19-24° isti olacağı ehtimal edilir.