Qaynar xətt:

(+99450) 247 90 86

Havanın hərarəti 38 dərəcəyə yüksələcək

CƏMİYYƏT

708

16.07.2019, 18:54

\"\" Havanın hərarəti 38 dərəcəyə yüksələcək Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək... Bakı, Aytən Əliyeva, İnteraz - 16 Iyul 2019, 14:25 İyulun 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumatına görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 21-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.   Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 60-70 , gündüz 40-45 faiz olacaq.     Abşeron çimərliklərində gözlənilən hava şəraiti   Arabir güclənən şimal-qərb küləyi əsəcək.   Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.   İyulun 17-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.