Qaynar xətt:

(+99450) 247 90 86

Bu gecə Ay tutulacaq

CƏMİYYƏT

813

16.07.2019, 23:58

\"\" Bu gecə cari ilin ikinci Ay tutulması (qismən) baş verəcək. Trend-ə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq. Qeyd edək ki, Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.