Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 16 mərtəbəli binada yanığın - İNSANLAR TƏXLİYƏ EDİLDİ

CƏMİYYƏT

860

20.07.2019, 18:13

\"\" Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.