Qaynar xətt:

(+99450) 247 90 86

Xəzərə düşən hərbi təyyarəmiz tapıldı

CƏMİYYƏT

989

25.07.2019, 22:10

\"\" Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin \"Miq-29\" təyyarəsi tapılıb. Oxu24.com xəbər verir ki, bunu \"Qafqazinfo”ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: \"Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”. Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.