Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə XƏBƏRDARLIQ: Azərbaycanda bu idarələr ləğv edildi

CƏMİYYƏT

890

30.07.2019, 15:16

\"\" Baş nazir Novruz Məmmədov \"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturunu yeni redaksiyada təsdiq edib. Oxu24.com xəbər verir ki, qərarın mətni Nazirlər Kabinetinin saytında dərc olunub. Sənədə əsasən, \"Azərsu” ASC-nin tabeliyində, \"Azərsu” ASC-nin \"Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılır. Qərarla \"Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək \"Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. \"Azərsu” ASC-nin \"Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən \"Göyçay Sukanal” TSC və \"Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil edilib. MMC hüquq varisliyi qaydasında ona qoşulan \"Göyçay Sukanal” TSC-nin və \"Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürüb. \"Göyçay Sukanal” TSC və \"Ağdaş Sukanal” TSC-nin \"Birləşmiş Sukanal” MMC-yə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti \"Azərsu” ASC-nin sədrinə verilib. Bundan başqa, \"Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı \"Göyçay Sukanal” TSC-nin və \"Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılıb.