Qaynar xətt:

(+99450) 247 90 86

Prezident SƏRƏNCAM İMZALADI

2019-07/1564496425_ilham-eliyev-0-0.jpg

CƏMİYYƏT

699

30.07.2019, 18:19

\"\" Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Oxu24.com-un xəbərinə görə, sərəncama əsasən Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar: birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat; ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat; üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat; komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə). Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.