Qaynar xətt:

(+99450) 247 90 86

İstanbul-Bakı reysi 10 saat gecikdi

CƏMİYYƏT

1167

31.07.2019, 15:40

\"\"Dünən İstanbul-Bakı reysində nasazlıq səbəbilə 10 saatlıq gecikmə olub. Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı sərnişinlər sosial şəbəkədə paylaşıblar. Bildirilib ki, Türkiyə Hava Yollarının saat 12:20-də həyata keçirəcəyi uçuş saat 22:20-yə təxirə salınıb. Sərnişinlərə ilkin səbəb kimi təyyarənin şüşəsinin qırıldığı bildirilib. Qeyd edək ki, İstanbul Hava Limanın köçəri quşların trayektorasında olması tikildiyi zaman xeyli müzakirələrə səbəb olmuşdu. Belə ki, dünən İzmir-İstanbul reysi üzrə hərəkət edən təyyarə də quş sürüsü ilə toqquşub. Gecikmələr bir neçə reys üzrə müşahidə olunduğundan Bakı-İstanbul reysinin də quşlara görə təxirə salındığı iddia edilir.