Qaynar xətt:

(+99450) 247 90 86

Gündə neçə salavat demək lazımdır ki, Allah insanı bağışlasın?

CƏMİYYƏT

1081

01.08.2019, 00:14

\"\" Salavatın faydaları və bəhrələri barəsində hədislərimiz çox söz demişdir. Onun axirət bəhrələrinin bəziləri ilə tanış olaq. 1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: \"Hər kim, hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar\". 2. Qiyamət günü ağır əməl. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: \"Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, mən, mənə göndərdiyi salavatları gətirərəm, həsənə gözünə qoyaram ki, həsənə gözü ağır gəlsin\". 3. Behişti görmək. Həzrət (s) buyurur: \"Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər\". 4. Şəfaəti vacib edər. Əziz Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: \"Ey Əli! Hər kim mənə hər gündüz və gecə salavat göndərərsə, şəfaətim onun üçün vacib olar\". 5. Qiyamət gününün susuzluğunu aradan aparar. Allah Təala Həzrət Musaya (ə) vəhy edir: \" Ey Musa! Qiyamət gününün susuzluğunun səni əhatə etməsini istəmirsənmi?\". Deyir: Bəli, istəmirəm. Allah buyurur: \"Bu gün dünyada mənim həbibimə salavat göndər ki, sabah Qiyamətin susuzluğundan amanda olasan\".