Qaynar xətt:

(+99450) 247 90 86

Xalq artistini maşın vurub - Dəhşətli qəzanın təfərrüatı

2018-06/1528876404_azs.jpg

CƏMİYYƏT

1781

13.06.2018, 11:53

\"\" Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova ölümdən dönüb.
oxu24.com  xəbər verir ki, aktrisa ağır qəza keçirib, onu maşın vurub. F.Mahmudova bu barədə ARB-nin “Səhər-səhər” verilişində qonaq olarkən deyib: “Çox ağır qəzada ölümdən döndüm. Allah mənə kömək oldu”. Verilişin aparıcısı Elgiz də aktrisanın qəzadan sonrakı görkəmi barədə danışıb: “10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə də olsa, məclisə gəldi. Nə olmuşdu, maşın vurmuşdu sizi”. Aktrisa bu barədə danışmaq istəmədiyini bildirib: “Danışmaq istəmirəm, guya danışanda nə olacaq ki? Əsas Allahdır. Yetimə gəl-gəl deyən çox olar, çörək verən az. Bu yaxınlarda ağır əməliyyat olundum, başıma bu iş gəldi. Mən belə şeylərlə reklam olunmaq istəmirəm”.