Qaynar xətt:

(+99450) 247 90 86

Gündə 5 ədəd alça yemək... - İNANILMAZ FAYDALARI

CƏMİYYƏT

1622

20.06.2018, 01:02

\"\" Yayın ən çox sevilən meyvələrindən biri də alçadır. Türkiyəli diyetoloq Nil Şahin alçanın faydalı xüsusiyyətlərindən danışıb. Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, alça yeyərək hansı problemlərdən xilas ola biləcəyinizi öyrənmək üçün Publika.az-ın təqdim etdiyi məlumatlara mütləq nəzər yetirin. *Yaşıl alça C, A vitaminləri, kalium, kalsium, maqnezium və dəmir mineralları ilə zəngindir. *Aparılan araşdırmalar nəticəsində alçadakı antioksidantların digər meyvələrdəkindən ən az 10 dəfə daha güclü olduğu ortaya çıxıb. *Alça liflə zəngin olduğu üçün qəbizliyin və mədə problemlərinin qarşısını alır. *İmmunitet sistemini gücləndirir. *Gündə 5 ədəd alça yemək diş ətlərinə faydalıdır. *Arıqlamaq və əzələlərini gücləndirmək istəyənlər bol miqdarda yaşıl alça yeməlidir. *Alça ağciyərlər üçün də faydalıdır. Araşdırmalar göstərib ki, yaşıl alça yeyənlərdə astma və ağciyər xərçənginə yaxalanmaq riski azalır. *Alça tərkibindəki A vitamini sayəsində görmə qabiliyyətini yaxşılaşdırır. Bu baxımdan yaşlı insanlar üçün ən faydalı meyvələrdən biridir.