Qaynar xətt:

(+99450) 247 90 86

Bakı küçələrində süpürgəçiləri texnika əvəzləyəcək - FOTO

2018-08/1534226493_yeni-texnika.jpg

CƏMİYYƏT

848

14.08.2018, 10:00

\"\" Bakı küçələrinin təmizliyi üçün xüsusi texnika gətiriləcək.
Bakı şəhər İcra Hakimiyyətindən Oxu24.com-a daxil olan məlumata görə,  son zamanlar süpürgəçi qadınların iş başında ölməsi barədə məlumatların çoxalmasından sonra vəziyyətin kökündən dəyişdirilməsi üçün tədbirlər görülür. Bundan əlavə, prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. “Əlbəttə, iş prossesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir”, - məlumatda vurğulanıb.