Qaynar xətt:

(+99450) 247 90 86

Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

2018-08/1534310691_hava1.jpg

CƏMİYYƏT

1048

15.08.2018, 09:24

\"\" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.