Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan manatı 26 yaşında

2018-08/1534313016_pul-mant.jpg

CƏMİYYƏT

853

15.08.2018, 10:02

\"\" Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 26 il ötür.
Oxu24.com-un məlumatına görə, milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb.Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.