Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Yaxın aylarda…
15 Mart 2025, 23:05
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
249
14.12.2022, 18:36
İnsanların istənilən istiqanlı heyvanlar (it, pişik, siçovul, tülkü, canavar və s.) tərəfindən dişlənməsi zamanı əsas təhlükə onların quduzluq virusu ilə yoluxmasıdır!
Saglamolun.az bildirir ki, quduzluq - istənilən məməli heyvanların ağız şirəsi ilə insana keçən təhlükəli infeksion xəstəlikdir. Əgər insanı quduz heyvan dişləyərsə, xüsusi müalicə sxemi tətbiq edilmədiyi halda onu 100% hallarda ölüm gözləyir!! Bu hal uşaqda baş verdikdə onun həlak olması daha qısa müddət ərzində baş verir!
Buna görə də hər hansı heyvan dişləməsi zamanı ən əsas vəzifə dərhal "təcili yardım" çağırmaq və zərərçəkmiş insanı travmatoloji məntəqəyə çatdırmaqdır! Tibb işçiləri tərəfindən müayinəyə qədər isə zərərçəkənə mütləq ilk tibbi yardım göstərmək lazımdır.
Dişləyən heyvanın "ev heyvanı" olduğunu, "itin quduza oxşamadığını", "yaranın kiçik olduğunu" düşünərək özünüzü sakitləşdirmək və həkimə getməyi ləngitmək olmaz! Belə ki, quduzluğa yoluxmuş heyvanlar adi görunə bilər, vaxtlı-vaxtında quduzluğa qarşı vaksinasiya edilməyən ev heyvanları isə çöl heyvanları tərəfindən asanlıqla quduzluğa yoluxa bilərlər. Yaranın kiçik olmasının da heç bir əhəmiyyəti yoxdur - quduz heyvanın çox kiçik ağız suyu damcısı da insanın xəstəliyə yoluxmasına kifayət edir.
Travmatoloji məntəqədə həkim tərəfindən lazım olan müayinələr aparıldıqdan sonra zərərçəkənin quduzluq virusu ilə yoluxma ehtimalı müəyyən edilir. Belə hallarda vaxtında göstərilən tibbi yardım insanın həyatını xilas etməyə imkan verir! Əvvəllər quduzluğun müalicəsi, 40 gün ərzində qarın nahiyəsinə ağrılı iynə vurulması şəklində aparılırdı. Hal-hazırda isə bu, qol nahiyəsinə vurulan 5-6 inyeksiya şəklində aparılır.
Beləliklə, əgər yaxınlarınızdan kimisə it dişləyərsə, tez bir zamanda "təcili yardım" çağırın, onlar gələnədək isə özünüz dişlənmə sahəsindəki yaranı diqqətlə nəzərdən keçirin. Əgər bu zaman yara sahəsindən zərərçəkənin həyatı üçün təhlükəli olan qanaxma olarsa, təcili olaraq güclü qanaxmalar zamanı olan ilk tibbi yardımı göstərin (bax, "Qanaxma zamanı ilk tibbi yardım").
Əgər qanaxma güclü və insanın həyatı üçün təhlükəli olmazsa, onu dayandırmaq lazım deyil. Bu halda heyvanın ağız suyunun yaradan çıxan qan axını ilə yuyulması daha yaxşıdır. Dişlənən yeri axar suyun altına tutub bir neçə dəqiqə sabunla (məişət-paltar sabunu ilə yumaq daha yaxşıdır) yaxşı-yaxşı yuyun. Daha sonra yaranı steril salfet ilə qurulamaq, yara ətrafındakı zədələnməyən sahəyə isə yod və ya brilyant yaşılı ("zelyonka) sürtmək lazımdır. Bəzi mütəxəssislər yaranın özünü hidrogen peroksid məhlulu ilə də təmizləməyi məsləhət görürlər.
Həmçinin oxuyun
Yara təmizləndikdən sonra onun üzərinə tənzif və ya pambıq tampon qoyaraq yara səthinə güclü təzyiq etmədən sarğı qoymaq və ya plastr ilə bərkitmək lazımdır. İnsanın vəziyyəti ağır deyilsə, ilk tibbi yardım göstərdikdən sonra zərərçəkəni müstəqil şəkildə yaxınlıqdakı tibb müəssisəsinə çatdıra bilərsiniz. Bunu təcili şəkildə etmək lazımdır!
Əksər hallarda itlərin hücumuna uşaqlar məruz qalırlar. Əlbəttə ki, hər vasitə ilə it və digər heyvanların hücumuna məruz qalmağın qarşısını almaq, sonradan uşağı müalicə etməkdən daha yaxşıdır. Ona görə də uşağınıza həyətdəki it və pişiklərlə, hətta yad adamların ev itləri ilə də oynamağa, onlara yaxın gəlməyə, onları hirsləndirməyə və s. hərəkətlərə icazə verməyin. Ancaq elə vəziyyət yarana bilər ki, it uşağa qəflətən də hücum edə bilər.
Ona görə də, itlərin hucumu zamanı özlərini necə qoruya biləcəklərini əvvəlcədən uşağınıza öyrədin:
- it hücüm etməyə hazırlaşarsa, dərhal cəld şəkildə mağazaya, binanın giriş qapısına girmək, ağaca, hasara dırmaşmaq və s. lazımdır;
- heç bir zaman arxanı itə çevirmə, ondan qaçmağa çalışma - o istənilən halda səndən tez qaçır! İtdən gizlənmək istədiyin yerə üzün itə tərəf olmaqla sakit addımlarla get;
- əgər gizlənməyə yer olmazsa, bu halda kürəyini istənilən vertikal səthə (divar, avtobus dayanacağı, yaxınlıqda dayanan avtomobil və s.) dirəyib əlinə iti qorxuda biləcək hər hansı bir əşya (taxta, karton parçası, daş və s.) götürmək lazımdır. Bu məqsədlə çantadan, çətirdən və s. əşyalardan da istifadə etmək olar. Yaxınlıqda heç nə olmasa, əynindəki üst paltarı çıxararaq onu əlinə burub sərbəst ucu ilə itin hücumunu dəf etmək olar. Bu zaman bərkdən qışqıraraq köməyə çağırmaq lazımdır.
23:09 / 15 Mart 2025
16-cı günün duası - İmsak və iftar vaxtı
50
23:05 / 15 Mart 2025
Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Yaxın aylarda…
376
22:23 / 15 Mart 2025
Sualın yerində hansı rəqəm olmalıdır? — İQ TESTİ
430
21:58 / 15 Mart 2025
Morqa aparılan şəxsin ölmədiyi məlum olub
63
21:22 / 15 Mart 2025
Fuad Ələsgərovdan AÇIQLAMA
686
21:03 / 15 Mart 2025
Bu şəxslərin müavinəti dayandırılacaq
151
20:50 / 15 Mart 2025
Piylərin çıxartdıran qadın öldü
85
20:27 / 15 Mart 2025
Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
529
19:26 / 15 Mart 2025
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
78
18:53 / 15 Mart 2025
SON DƏQİQƏ! Kütləvi həbslər başladı: Siyahıda kimlər var?
3378
17:08 / 15 Mart 2025
Plastik cərrahlara vacib xəbər
147
14:02 / 15 Mart 2025
Hava kəskin dəyişir - XƏBƏRDARLIQ
1023
13:09 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
849
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
1439
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
192
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
174
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
182
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
164
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
185
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
175
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
181
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
185
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
195
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
190
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.