Nişanlı olan şəhid mayorun saatı 9 ay sonra haradan tapıldı? -Tükürpədici hadisə
14 Dekabr 2025, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
356
05.12.2023, 13:58
Kapital Bank-ın “Data panel” tədbirinə qeydiyyat başladı
Xəbər verdiyimiz kimi Kapital Bank və “SUP.VC” şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək layihənin “Data panel” formatında baş tutacaq növbəti tədbirinə qeydiyyat başladı. 7 dekabr tarixində keçiriləcək tədbirdə 8 nəfərdən ibarət yerli və beynəlxalq ekspert qrupu iştirak edəcək. Panel formatlı tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edə, tövsiyələr ala bilərlər.
İki paneldən ibarət tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı “Ölçəklənən məlumat infrastrukturlarının qurulması”, “Maşın öyrənməsi və məlumat təhlili: imkanlar və çətinliklər” kimi müxtəlif mövzular müzakirə ediləcək.
Tədbirdə beynəlxalq ekspert qismində Kapital Bank-ın Data elmi üzrə eksperti, bank sahəsində strateji hədəflərə uyğun dataya əsaslanan layihələrin həyata keçirilməsində 8 ildən çox təcrübəyə malik Buğra Şən iştirak edəcək. O, təbii dil, təsvir və audio emalı, həmçinin “Churn”, “Propensity” və gəlir proqnozlaşdırılması modellərinin hazırlanmasını əhatə edən geniş spektrli layihələrin müəllifidir.
Kapital Bank-ın Analitik Ekspert Mərkəzinin funksional lideri Nail Nəcəfov da spikerlər sırasındadır. O, biznes administrasiyası üzrə bakalavr və magistr təhsili alıb. Karyerası boyunca “Azərikard” MMC-də Hesablamalar üzrə şöbə müdiri, “AzerGold” QSC-də Büdcə və planlama şöbəsinin müdiri vəzifələrində çalışıb.
Tədbirin daha bir spikeri Sadiq Məmmədov data sahəsində 8 ildən çox təcrübəyə sahibdir. O, “Bakcell” və “Azercell” kimi şirkətlərdə mühəndis və komanda lideri kimi çalışıb. Daha sonra fəaliyyətini PAŞA Holding-də davam etdirib. Hazırda Kapital Bank-ın Data Texnologiyaları Ekspert Mərkəzinin funksional lideridir.
Həmçinin oxuyun
Rinat Maksutov isə 10 il boyunca texnologiya konsultantı kimi “Accenture” və “BCG” kimi şirkətlərdə təcrübə qazanıb. Hazırda PAŞA Holding-də Data texnologiyaları şöbəsinin rəhbəri olaraq çalışır.
Paneldə eyni zamanda “Azerconnect” MMC-nin Data proqramlar və məhsullar üzrə rəhbəri Vüsal Məmmədov, ADA Universitetinin İnformasiya Texnologiyaları və mühəndislik Fakültəsinin professoru Samir Rüstəmov, “Azerconnect” MMC-nin Məlumatların İdarə olunması və keyfiyyəti bölməsinin rəhbəri Aydın İsmayılov da spiker qismində iştirak edəcəklər.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: //bit.ly/3N7b3pG. Qeydiyyat sayının məhdud olduğu layihə iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə yanaşı, verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.
Tədbir 7 dekabr saat 19:00 da Nizami 90A ünvanında yerləşən “The Landmark Hotel Baku-Rotunda Hall” da keçiriləcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.