Qaynar xətt:

(+99450) 247 90 86

Toyuq hinində timsah tapıldı

DÜNYA

217

11.01.2024, 17:58

Avstraliyada fermerlər ailəsi toyuq hinlərində bir metr uzunluğunda timsah tapıblar.

 

Oxu24.com  xəbər  verir  ki, bu  barədə  New York Post yazır.

 

Timsahdan qorxan ailə xilasediciləri çağırıb.

 

Gələn mütəxəssislər   yırtıcı heyvanı xüsusi qaba yerləşdirib, sonra baytarlara göndəriblər.

 

Timsah həkimlər tərəfindən müayinə olunduqdan sonra lisenziyalı fermaya və ya zooparka təhvil veriləcək.

 

“Kiminsə həyətində timsah tapmaq qeyri-adi haldır” deyə xilasedicilər bildirib.

 

Bildirilir ki, timsahın hücumu nəticəsində bütün toyuqlar təhlükəsiz qalıb, lakin ailə indi belə halların qarşısını almaq üçün ərazilərini diqqətlə yoxlayacaq.

 

Bundan əvvəl Avstraliyada bir fermer ona hücum edən timsahı dişləyib.

 

Müəllif:Nigar