Qaynar xətt:

(+99450) 247 90 86

Kadırovun oğlu qondarma respublikada təltif edildi

DÜNYA

207

14.03.2024, 21:57

Çeçenistan rəhbərinin böyük oğlu Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat "Donetsk Xalq Respublikasına" səfər edib və burada onu vilayət "rəhbəri" Denis Puşilin fəxri fərmanla təltif edib.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə Çeçenistan Respublikasının gənclərlə iş üzrə naziri öz Telegram kanalında yazıb.

 

Kadırovun sözlərinə görə, "işgüzar səfər" zamanı bir sıra görüşlər keçirilib, humanitar yüklər hərbi hissələrə ötürülüb.

 

Rayonun qonaqları da əsgərlərlə söhbət edib, rus qoşunları tərəfindən işğal olunmuş ərazilərə baxış keçiriblər.

 

"Təkcə bu mərhələdə azad edilmiş ərazilərin sakinlərinə 25 min tondan çox humanitar yük, o cümlədən tibbi avadanlıq, dərmanlar, ərzaq, tikinti materialları və daha çox şey ötürülüb", - Çeçenistan rəhbərinin oğlu yazıb.

 

Miri