Qaynar xətt:

(+99450) 247 90 86

\"Bayer\" Almaniya çempionu oldu - İlk dəfə...

DÜNYA

196

14.04.2024, 22:34

Almaniya Bundesliqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

 

OXU24.COM  xəbər verir ki, Xabi Alonsonun başçılıq etdiyi "Bayer" komandası XXIX turda çempionluğu rəsmiləşdirib.

 

Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb. Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.

 

"Bayer" bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb, 25 qələbə və 4 heç-heçə ilə yadda qalıb.

 

"Bavariya" isə 63 xalla ikinci pillədə qərarlaşıb.