Qaynar xətt:

(+99450) 247 90 86

İsrailin Mexikodakı səfirliyinə hücum edildi

DÜNYA

193

29.05.2024, 11:27

İsrailin Mexikodakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. 

Oxu24.com xəbər verir ki, keçirilən etiraz aksiyası nümayişçilərlə polis arasında toqquşmaya çevrilib və bu toqquşma zamanı asayiş keşikçiləri daş və molotov kokteyli ilə vurulub. 

Bildirilir ki, toqquşmada azı altı hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Əsasən yanıq xəsarətləri alıblar. Polislər gözyaşardıcı qaz və yanğınsöndürənlərdən istifadə ediblər.