Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya və Tacikistan “təcili tədbirlər görməyə” razılaşıb

2024/08/23/1724440308_779254_src.jpg

DÜNYA

260

23.08.2024, 23:10

Rusiya və Tacikistanın daxili işlər nazirləri Vladimir Kolokoltsev və Ramazon Raximzoda Volqoqrad vilayətində cəzaçəkmə müəssisəsində girov götürülməsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

 

Bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

 

Rusiya nazirliyi söhbət barədə məlumat verməyib.


Kolokoltsev və Raximzoda “bu cinayəti törətmiş terror təşkilatının digər üzvlərinin müəyyən edilərək tutulması və birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün təcili olaraq lazımi tədbirlər görməyə” razılaşıblar.

Xatırladaq ki, 4 məhbus 12 nəfəri - 8 koloniyanın əməkdaşı və 4 digər məhkumu girov götürüb. Koloniyanın 4 əməkdaşı həlak olub. İstintaq Komitəsinin rayon şöbəsi əsirlərin girov götürülməsi və islah müəssisələrinin fəaliyyətinin pozulması ilə bağlı cinayət işi açıb.

 

Miri