Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyalı aktrisa faciəli şəkildə öldü

2024/12/03/1733211937_1733209881248274619674eaf19db74d.jpg

DÜNYA

239

03.12.2024, 12:01

Rusiyalı model və aktrisa Kamilla Belinskaia istirahət üçün getdiyi Taylandın Koh Samui adasında qayalıqlar üzərində yoqa ilə məşğul olarkən qəfildən gələn nəhəng dalğa tərəfindən dənizə sürüklənib. 

Oxu24.com  xəbər verir ki, hadisə səhər saatlarında baş verib. 

24 yaşlı aktrisanın dənizə yıxıldığını görən yerli otel işçisi dənizə atılaraq köməyə gedib, lakin onu tapmadan geri dönüb və kömək istəyib.

İtkin düşən aktrisanın tapılması üçün bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. 

Kamilladan geriyə yalnız çəhrayı yoqa matının qaldığı qeyd olunub.