Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda sabiq nazir HƏBS EDİLDİ

DÜNYA

1054

10.12.2024, 14:32

Ermənistanın sabiq fövqəladə hallar naziri, Milli Qəhrəman Andranik Piloyan 4 il 5 ay müddətinə həbs edilib. 

Oxu24.com xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

O, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, eləcə də külli miqdarda dələduzluqda təqsirli bilinib. 

Keçmiş məmur həmçinin 3 il müddətinə müəyyən dövlət qulluğu tutma hüququndan məhrum edilib, əlavə olaraq 1 milyon 300 min dram məbləğində cərimə də tətbiq olunub.