OXU24.COM xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Venesiya laqununda maraqlı təbiət hadisəsi baş verib. Əsrlər boyu qısa müddət ərzində - yalnız yay aylarında görünən Bacan adası indi laqunun daimi hissəsinə çevrilib.
Həmçinin oxuyun
Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
Güclü leysan,ardınca qar yağacaq — ƏHALİYƏ XƏBƏRDARLIQ
Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
Professor Nərgiz Paşayeva üçün özəl gün: Həyatı,ailəsi,yaradıcılığı haqqında MARAQLI FAKTLAR
2020-ci ildə Venesiyanı daşqınlardan qorumaq üçün tikilən “Mose” adlı sel baryeri istifadəyə verildikdən sonra ada dalğalara qarşı müqavimət qazanıb və ərazisi getdikcə böyüyüb. Sant'Erasmo adası ilə Lido limanı arasında yerləşən bu qum adasının uzunluğu hazırda 260 metr, eni isə 10 metrdir. Burada artıq bitki örtüyü də formalaşıb.
İnsan və təbiət arasındakı kövrək tarazlığın simvolu sayılan Venesiya laqununun bənzərsiz gözəlliyi və tarixi əsrlər boyu turistlərin diqqət mərkəzində olub. Bu ada çimərlik həvəskarı olan yerli sakinlər, eləcə də turistlər üçün yeni istirahət məkanına çevrilə bilər. Lakin mütəxəssislər ərazinin ekosistemindən narahatdırlar. Onların fikrincə, bu, laqunun zərif ekosisteminə mənfi təsir göstərə bilər.