Qaynar xətt:

(+99450) 247 90 86

“iPhone” bu modellərin satışını dayandırır

DÜNYA

483

17.12.2024, 11:01

ABŞ-nin “Apple” korporasiyası  Avropada “iPhone SE” və “iPhone 14” modellərinin satışları dayandıracaq.

Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, sözügedən modellər yeni Avropa standartlarına cavab vermədiyi üçün şirkət satışını dayandırmaq məcburiyyətində qalıb.

Belə ki, Aİ 2022-ci ildə elektron cihazlarda USB-C-nin istifadəsini tələb edən qanunu təsdiqləyib. 

Məlumata görə, bu qanun smartfonlar, noutbuklar, kameralar, qulaqlıqlar, klaviaturalar daxil olmaqla bütün cihazların 2024-cü ilin sonuna kimi USB-C texnologiyasını mənimsəməsini tələb edir.

O da bildirilib ki, “Apple” 2025-ci ilin martında USB-C ilə təchiz ediləcək “iPhone SE 4”ü buraxmağı planlaşdırır